Maşın bazarında ağac kəsən avtosalon sahibi cəzalandırılacaq Rəsmi açıqlama (VİDEO)
Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Bakının Badamdar qəsəbəsindəki maşın bazarında yerləşən "36A" avtomobil salonunun sahibi Cavad Əliyev obyektinin yaxınlığındakı ağacı kəsib.
Yasamal rayonu, Xarici Dairəvi Yol 4 ünvanında ağacın kəsilməsi və dibinə neft məhlulunun tökülməsi ilə bağlı daxil olan şikayət əsasında 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən əraziyə baxış keçirilib.
İdarənin rəisi Qafar Ağayev "Unikal"a açıqlamasında bildirib ki, araşdırma zamanı "Avtoinvest" MMC-yə məxsus ərazidə tut ağacının sərt budanaraq zədələndiyi müəyyən edilib. Ağacın dibinə tökülən maddənin tərkibinin müəyyən olunması məqsədilə ağacın dibindən torpaq nümunələri götürülüb.
“Hazırda faktla bağlı inzibati araşdırma davam edir, MMC-nin icarədarı Cavad Əliyev barəsində qanunamüvafiq tədbirlərin görülməsi istiqamətində işlər davam edir”.
Murad İbrahimli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 09 Oktyabr 2025 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















