Icma.az
close
up
RU
“Maşın nömrələrində əlifbamızdakı hərflərdən istifadə etsək…” DEPUTATDAN AÇIQLAMA FOTO

“Maşın nömrələrində əlifbamızdakı hərflərdən istifadə etsək…” DEPUTATDAN AÇIQLAMA FOTO

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Avtomobil qeydiyyat nişanları yalnız nəqliyyat vasitəsinin tanıdan elementi deyil, həm də ölkənin vizual simvollarından biri hesab olunur. Dünyanın əksər ölkələrində dövlət nömrə nişanları həm qrafik baxımdan, həm də dil xüsusiyyətlərinə görə fərqlənir. Azərbaycanda isə bu nişanlar latın qrafikasına əsasən hazırlanır. Bu da vətəndaşların şəxsi avtomobillə xarici ölkələyə səyahəti zaman əlavə problemlər yaratmaması məqsədi daşıyır. 

Yalnız “latın qrafikası olmalıdır” prinsipi ilə yanaşmaq doğru deyil. Məsələn, “I” hərfi tam şəkildə yazıldığından çaşdırıcı ola bilər, amma “İ” hərfinin üstündə nöqtə olduğu üçün ayırd etmək mümkündür. Həmçinin "ğ", "ş", "ç" “ə” kimi Azərbaycan əlifbasına məxsus hərflərin də texniki baxımdan istifadəsi mümkündür və müzakirəyə açıqdır.
Bəs milli kimliyi və dil xüsusiyyətlərini qorumaq baxımından avtomobil nömrə nişanlarında Azərbaycan əlifbasındakı bütün hərflərin istifadəsinə keçid etmək nə dərəcədə məqsədəuyğun olar?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə Avtosfer.az-a açıqlamasında bildirib ki, müstəqilliyin ilk illərindən Azərbaycanda maşın nömrələri latın qrafikasına əsasən hazırlanır:

“İstənilən halda, bu problem yaradacaq bir məsələ deyil. Çünki avtomobil nömrəsinin üzərində Azərbaycanın bayrağı yerləşir və bu, hansı ölkəni təmsil etdiyini göstərir.
Təbii ki, ölkənin öz əlifbası var və bu əlifbaya müvafiq olaraq da hərflərdən istifadə edilə bilər. Bu, beynəlxalq standartlardan kənar deyil. Ona görə də Azərbaycan əlifbasında olan hərflərin nömrə nişanlarında istifadə olunması məqsədəuyğun hesab edilə bilər.

Məsələn, “I” hərfi tam şəkildə yazıldığından çaşdırıcı ola bilər. Bəzi xarici ölkələrin qeydiyyat nişanında bu hərfdən də istifadə olunur. Ehtimal edilə bilər ki, “I” hərfi kombinasiyadakı 1 rəqəmi ilə bənzəsin, yaxud kamera və radarlarda gec saatlarda görünməsin. Amma bunun da müəyyən çarələri var. Amma “İ” hərfinin üstündə nöqtə olduğu üçün ayırd etmək mümkündür.

Əlifbamızdakı bütün hərflərdən istifadə beynəlxalq norma və standartlara zidd deyil. Belə ki, inkişaf etmiş ölkələrin hər biri qeydiyyat nişanında öz əlifbasından istifadə edir. Məsələn, Yaponiyada kombinasiyadakı hərflər yapon əlifbası ilə qeyd edilir. Ölkəmizdə də qeydiyyat nişanları ilə bağlı yeni standartlara keçid etmək mümkündür”.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 30 Aprel 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see156

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see147

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see140

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri