Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Əsas Qanunumuz istiqlalımızın ali hüquqi sənədi

Əsas Qanunumuz istiqlalımızın ali hüquqi sənədi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

2025 – Konstitusiya və Suverenlik İli

Bu il noyabrın 12-si Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümü tamam olacaq. 44 günlük şanlı Vətən müharibəsində qələbəmizdən isə artıq 5 ilə yaxın bir vaxt keçir. Prezident İlham Əliyev bu iki əlamətdar hadisəni nəzərə alaraq, 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etmişdir.

Bu günlərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının baş müəllimi, ötən illərdə Quba Heydər Əliyev Mərkəzinə rəhbərlik etmiş Elza Orucova ilə xalqımızın azadlıq ideallarının və ərazi bütövlüyünün rəmzləri olan bu əlamətdar hadisələrin milli dövlətçilik qurucuğuluna verdiyi töhfələr barədə söhbət etmişik. Söhbətin əsas məqamlarını oxucuların diqqətinə çatdırırıq.

– Elza xanım, hər bir millət, toplum üçün istiqlala qovuşmaq böyük səadətdir. Müstəqil Azərbaycanın azadlığının, milli kimliyinin pasportu olan Konstitusiyamızın hazırlanması, ümumxalq müzakirəsi və referendum yolu ilə qəbulu prosesini necə xatırlayırsınız?

– Hər şey sanki bu gün baş verirmiş kimi gözlərim önündədir. Mən Azərbaycan vətəndaşı olaraq bu qürurverici prosesin fəal iştirakçısı olmuşam və ömrüm boyu bununla fəxr edəcəyəm.

Azərbaycan xalqı yüzillər boyu bəşəri, humanist, eyni zamanda milli-mənəvi, əxlaqi dəyərlərə əsaslanan sivil cəmiyyət qurmaq arzusu ilə yaşayıb. 1918-ci il mayın 28-də AXC liderləri müsəlman Şərqində ilk dəfə azad, demokratik cümhuriyyət yaratdıqlarını bəyan etdilər. Təəssüf ki, tarixdə silinməz izlər qoyan cümhuriyyət cəmi 23 ay yaşaya bildi.

Sonra 71 il əvvəlcə bolşevik Rusiyası, ardınca Sovet İttifaqının tərkibində yaşamalı olmuşuq. Qeyd etmək lazımdır ki, Kremlin bizi milli kökümüzdən ayrı salmaq, azadlıq duyğumuzu məhv etmək cəhdlərinə baxmayaraq, xalqımız tarixin ən agır, gərgin dönəmlərində belə dilini, ədəbiyyatını, tarixi yaddaşını, bir sözlə, milli kimliyini qoruyub saxlamış, istiqlal ideallarına daim sadiq qalmışdır.

1991-ci il oktyabrın 18-də Azərbaycan öz müstəqliyini bərpa etdiyini elan edəndə, bir sıra “qara qüvvələr” ölkəmizi içərindən dağıtmağa, vətəndaş müharibəsinə sürükləməyə cəhd etdilər. Təəssüf ki, qısa müddətdən sonra respublikamızın ictimai-siyasi həyatında yaranmış xaos və özbaşınalıqdan istifadə edərək ermənilər doğma torpaqlarımızın bir hissəsini ələ keçirdilər.

Azərbaycan, həqiqətən, məhv olmaq, çağdaş dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Xoşbəxtlikdən Vətəni canından çox sevən, bütün şüurlu həyatını ölkəmizin inkişaf və tərəqqisinə həsr edən dahi siyasətçi Heydər Əliyev Vətənimizin ən çətin, taleyüklü məqamında böyük xilaskarlıq missiyasını öz üzərinə götürdü və bunu qeyri-adi bir məharətlə yerinə yetirdi. Ulu öndərin titanik səyləri sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. Azərbaycanın ən yeni tarixində yeni era – milli dövlətçilik quruculuğu dövrü başlandı.

– Xalqımızın fəxrlə Heydər Əliyev Konstitusiyası adlandırdığı Əsas Qanunumuzun qəbul edilməsi hansı tarixi zərurətdən yaranmışdı?

– Ölkəmizdə sabitlik və qanunçuluq bərpa olunandan sonra müstəqil Azərbaycanın ən əsas dövlət atributlarından biri sayılan Konstitusiyasının hazırlanması və qəbul edilməsinə böyük ehtiyac meydana çıxmışdı.

Ulu öndərin təşəbbüsü və rəhbərliiyi ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası hazırlanaraq 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Bu, sivil dünya tarixində bu vaxta qədər qəbul edilmiş ən mükəmməl konstitusiyalardan biridir. Əsas Qanunumuz ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatlar üçün geniş imkanlar açdı. Xalqımız bu tarixi sənədi haqlı olaraq Heydər Əliyev Konstitusiyası adlandırdı.

Azərbaycan Konstitusiyası tarixi reallıqlar, sivil dünya dövlətlərinin ən qabaqcıl təcrübəsi nəzərə alınaraq qəbul edilmişdir. Əsas Qanunumuz tamamilə funksionaldır, işləkdir, daim fəaliyyətdədir. Bu mühüm sənəd dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır.

Son 22 ildə isə Ulu öndərin ən layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik liderliyi ilə ölkəmizdə ictimai-siyasi, iqtisadi həyatın bütün sahələrində, eləcə də ordu quruculuğunda olduqca böyük əhəmiyyəti olan davamlı işlər görüldü. Dövlətimizin başçısı dəfələrlə ən nüfuzlu tribunalardan bəyan etdi ki, Azərbaycan xalqı heç vaxt tarixi torpaqlarının işğalı faktı ilə barışmayacaq.

Həqiqətən, 2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatlarına cavab olaraq Milli Ordumuz doğma torpaqlarımızın düşməndən azad olunması naminə genişmiqyaslı hərbi əməliyyata başladı. Bu, milli qeyrət və şərəf savaşı idi. Azərbaycan igid, qeyrətli əsgər və zabitləri bu ölüm-dirim, şərəf davasından qalib çıxdılar. Düşmən təslim edildi.

2023-cü il sentyabrın 20-də Azərbaycan lokal antiterror əməliyyatı keçirərək özünün bütün ərazisində suveren hüquqlarını təmin etdi. Son 200 ildə heç bir xalqa öz torpaqlarını böyük imperiyaların caynaqlarından xilas edərək belə bir parlaq uğur qazanmaq nəsib olmamışdır. Dünyanın gözü qarşısında müzəffər Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin liderliyilə rəşadətli Milli Ordumuz çağdaş dünya tarixinə əbədi iz qoyan Zəfər tarixi yazdı.

Azərbaycanın suverenliyi əbədi və dönməzdir. Azərbaycan xalqı özünün ən böyük milli sərvəti olan istiqlalını göz bəbəyi kimi qorumağa hazırdır. Bu gün dünyada elə bir qüvvə yoxdur ki, bizim azadlığımıza və suverenliyimizə qarşı çıxa bilsin. Qərinələr, əsrlər keçəcək, Azərbaycanın dövlət suverenliyi daim güclənəcək və Azərbaycanın Suverenliyi Günü – 20 Sentyabr xalqımızın əbədi qürur mənbəyi olaraq yaşayacaq.

– Sizin doğulub boya-başa çatdığınız və uzun illər rəhbər vəzifələrdə çalışdığınız Quba rayonu öz etnik tərkibinə görə rəngarəngdir. Burada yaşayan xalqlar Konstitusiyamızın onlara verdiyi hüquq və azadlıqlardan bəhrələnə bilirlərmi?

– Bilirsinizmi, bu, yaxşı sualdır. Bu sualı sizdən gözləyirdim. Həqiqətən, Quba rayonunda, bütövlükdə ölkəmizin şimal bölgəsində tarixən çox sayda millət və xalqların, etnik qrupların nümayəndələri azad, sərbəst, mehriban dostluq şəraitində yaşayıb–yaradıblar.

Azərbaycan Konstitusiyası milli və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin hər bir vətəndaşının hüquq və azadlıqlarını qorunmasını təmin edən mühüm sənəddir. Azərbaycandakı bütün xalqların təmsilçiləri bu hüquqlardan sərbəst şəkildə faydalanmaq imkanlarına malikdirlər.

Eyni zamanda, onlar torpaq, Vətən qarşısında öz vəzifələrini də yaxşı anlayırlar. Xatırladaq ki, Birinci və İkinci Qarabağ müharibələrində ölkəmizdə məskunlaşan ən müxtəlif xalqların nümayəndələri fəal iştirak ediblər və bundan haqlı olaraq qürur duyurlar. Bəli, bu gün müstəqil Azərbaycan multikultural dəyərlər ölkəsidir. Düşünürəm ki, ölkəmizin sarsılmaz gücü və qüdrəti məhz bundadır. Biz birlikdə güclüyük! Heç bir xarici və daxili düşmən xalqlarımız arasında nifaq toxumu səpə bilməz.

– Siz son illər ADPU-nun Quba filialında pedaqoq kimi çalışırsınız. Tələbələrinizlə, təbii ki, sıx ünsiyyətdəsiniz. Necə düşünürsünüz, müasir Azərbaycan gəncliyi Konstitusiyamızın məğzini, ruhunu hiss edib duya bilirmi?

– Cavabım birmənalıdır: bəli! Azərbaycan gəncliyi azad, suveren məmləkətin vətəndaşları olmaqdan sonsuz qürur duyurlar. Eyni zamanda, gənclərimiz başa düşürlər ki, bu gün Vətəni təkcə sözdə sevmək azdır, Vətənin inkişafı, daha da güclü və qüdrətli olması üçün hər kəs əlindən gələni etməlidir. Gəncliyin ən ümdə və ülvi vəzifəsi azadlığımızın, istiqlalımızın əbədi olmasına, möhkəmlənməsinə əməli töhfə verməkdir.

Mən uzun illər Quba rayonunda partiya və sovet orqanlarında rəhbər vəzifələrdə çalışmışam. Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının formalaşması prosesinin fəal iştirakçısı olmuşam. Ulu öndər Heydər Əliyev ideyalarının təbliği və təşviqi üçün bu gün də əlimdən gələni edirəm. Həyatımın ən xoşbəxt anlarından birini 2023-cü ilin sonrında yaşamışam. Belə ki, Ulu öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar “Heydər Əliyev–100” xatirə medalına layiq görülmüşəm. Bu, həyatda qazandığım ən yüksək mükafatdır!

Son illər əmək fəaliyyətimi bir pedaqoq kimi davam etdiririrəm. Sevimli tələbələrimlə, demək olar ki, hər gün görüşürəm. Xalqımızın gələcəyi olan gənc oğlan və qızlarla apardığım söhbət və müzakirələrdən gəldiyim əsas qənaət isə budur ki, gənclərimiz istedadlı və zəkalıdırlar, ölkəmizdə və dünyada baş verən ictimai-siyasi proseslərə düzgün reaksiya verə bilirlər.

Tələbələrlə söhbət zamanı bir qayda olaraq qeyd edirəm ki, azadlığımızı, suverenliyimizi qoruyub gələcək nəsillərə ötürmək üçün biz bundan sonra da güclü olmalıyıq. Azərbaycan xalqı istiqlal bayrağını başı üzərinə qaldırmaqla, ərazi bütövlüyünü, suverenliyini tam təmin etməklə milli şərəf və ləyaqətini qoruya bilmişdir. Biz gələcəkdə yeni-yeni uğurlar qazanacaq, uca zirvələr fəth edəcəyik!

Sonda milli istiqlalımızla bağlı ürək sözlərimi tanınmış şair Ramiz Qusarçaylının dərin mənalı misraları ilə bitirmək istəyirəm:

44 günlük Zəfər mənzərələri,
Qalibiyyət, hünər mənzərələri,
Bu, film deyildi,
Bu, Qarabağda
Vətən qovğasıydı,
Vətən qalıydı,
Şanlı müharibə ssenarisi –
Möhtəşəm Qələbə serialıydı!

Söhbəti yazdı:
Məsaim ABDULLAYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:462
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Oktyabr 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see317

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see276

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see259

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see256

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see251

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see245

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see241

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see222

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see218

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see217

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see215

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see212

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see210

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see207

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see198

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see183

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see176

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri