Maşın ustasına səs küy üçün xəbərdarlıq edildi, verdiyi cavab hər kəsi şoka saldı
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Maşın ustasına səs-küy üçün xəbərdarlıq edildi, verdiyi cavab hər kəsi şoka saldıAksarayın Böyük Bölcek prospektində avtomobil kapot təmiri ilə məşğul olan Fatih M. adlı şəxs çəkiclə işlədiyi üçün ətrafda güclü səs-küy yaradıb. Avtosfer.az "Sonxeber.az"a istinadən xəbər verir ki, sakinlər səsdən narahat olduqları üçün polisə müraciət ediblər.
Məlumat əsasında əraziyə polis əməkdaşları göndərilib. Qısa müddətdə hadisə yerinə çatan polis, Fatih M.-yə sakinlərin şikayət etdiyini bildirərək səs-küyü dayandırması barədə xəbərdarlıq edib. Lakin o, özünü müdafiə edərək polisə belə deyib:
"Rəis, bu maşın mənim deyil, bir kasıbnındır. Mən də xalq adamıyam, Pulsuz təmir edirəm. Cəmi 15 dəqiqəlik işim qalıb. Məni də başa düşün. Buradan heç bir qazancım yoxdur."
Polis əməkdaşının "Vətəndaşlar narahat olur" deməsi Fatih M.-ni daha da əsəbiləşdirib. O, qeyri-adi cavabla diqqət çəkib:
"Bu vətəndaşlar necə vətəndaşdır? And içirəm, anbarımda 10 litr benzin, 150 qram da yandırıcı yağ var. Benzini töküb cayır-cayır yandıracağam, andım var."
Məlum olub ki, Fatih M. daha əvvəl də gündəmə gəlib. Bu ilin avqust ayında o, Tofaş Kartal markalı avtomobilini demək olar ki, tank kimi modifikasiya edərək şəhərdə dolaşmışdı. Polis həmin avtomobili saxlayaraq sürücülük vəsiqəsini 2 ay müddətinə əlindən almış və ona 8 min 306 lirə cərimə kəsilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 24 Noyabr 2025 20:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















