Maşından asılan bu aksesuara diqqət edin; əlavə xərc yarada bilər TÖVSİYƏ
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Avtomobillərdə istifadə olunan bəzi aksesuarlar gözlənilməz problemlərə səbəb ola bilər.
Avtosfer.az xəbər verir ki, sürücülərin avtomobildə asdıqları salon ətirinin (hava təravətləndiricisinin) qəfil zərbə nəticəsində ön şüşəyə dəyərək onun çatlamasına səbəb ola bilər.
Mütəxəssislər bildirirlər ki, xüsusilə güzgüdən asılan ağır və ya sərt materialdan hazırlanmış aksesuarlar qəfil əyləcləmə, yol nahamarlıqları və ya kiçik toqquşma zamanı sürətlə hərəkət edərək şüşəyə zərər verə bilər. Bu isə həm əlavə təmir xərcləri yaradır, həm də sürücünün təhlükəsizliyini risk altına atır.
Qeyd olunur ki, bu cür halların qarşısını almaq üçün avtomobil salonunda asılan əşyaların minimuma endirilməsi və ya daha təhlükəsiz alternativlərin seçilməsi tövsiyə olunur. Xüsusilə sürücünün görmə bucağına mane olan və sərbəst hərəkət edə bilən predmetlərdən istifadə riskli hesab olunur.
Mütəxəssislər sürücülərə xatırladır ki, kiçik görünən detallar belə yolda ciddi nəticələrə səbəb ola bilər və təhlükəsizlik baxımından hər bir detal nəzərə alınmalıdır.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 28 Aprel 2026 20:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















