Maşını məhəllənin girişində saxlayıb hərkətə maneə yaradan sürücü 77 QV 985 FOTO
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paytaxtın bir sıra küçə və prospektlərində sürücülərin törətdikləri kobud qayda pozuntuları nəticəsində piyadaların hərəkəti müəyyən mənada məhdudlaşdırılır.
Avtosfer.az xəbər verir ki, belə hallara daha çox əhalinin sıx yaşadığı ünvanlarda rast gəlmək olur. Şəhərin İnşaatçıalr prospektinin məhəllə daxili yollarında da vəziyyət eynidir. Sürücülər ya nəqliyyat avsitələrini səkidə park edir, ya da piyadaların yolunu kəsəcək hər hansı bir yerdə.
77-QV-985 qeydiyyat nişanlı “Hyundai” markalı nəqliyyat vasitəsinin sürücüsü də avtomobili piyadaların hərəkəti üçün nəzərdə tutulmuş hissədə saxlayıb. Məhəllənin daxilində piyadalar üçün ayrılmış zonanın qarşısını kəsib, eləcə də girişi qismən də olsa bağlayıb. Bununla yanaşı, çəkilən “zebra”nın üzərində nəqliyyat vasitəsini saxlamaqla hərəkətə də maneə yaradıb. Sakinlərin bildirdiyinə görə, ərazidə yaşayanlardan başqa, bir çox ətraf şirkətlərin işçiləri də saxlamağa parkinq tapmayanda maşını bu formada hara gəldi park edib gedirlər. hər dəfə eyni problem hətta havanın yağışlı olduğu günlərdə də yaşanır. Məhəllədə bəzi yerlər çökək olduğu üçün gölməçələr yaranır və sürücülərin də bu cür qayda pozuntuları nəticəsində, sakinlər bardürlərlə hərəkət etməyə məcbur qalır.
Qeyd edək ki, məhəllədaxili yollarda da olsa, nəqliyyat vasitəsini digər hərəkət iştirakçılarına maneə yaradacaq şəkildə park etmək inzibati məsuliyyətə səbəb olur.
Səfər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 07 İyul 2025 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















