Maşını məhəllənin girişində park edən sürücü sakinlərin hərəkətini məhdudlaşdırdı FOTO
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Paytaxtın Nəsimi rayonu, Şamil Əzizbəyov 148 ünvanında qayda pozan sürücü görüntülənib.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Instagram” ünvanına foto göndərərək şikayətini bildirib. Şəkildən göründüyü kimi, 99-TV-150 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini yaşayış kompleksinin girişində park edib. Nəticədə digər sakinlərin əraziyə giriş-çıxışı məhdudlaşıb. Şikayətçi bildirib ki, sürücü hadisə yerində olmayıb və avtomobil uzun müddət həmin yerdə saxlanılıb.
Qeyd edək ki, yaşayış zonalarında dayanma və durma qaydalarının pozulması “Yol hərəkəti haqqında” Qanunun tələblərinə ziddir. Bu cür hallarda sürücülər inzibati məsuliyyət daşıyır və avtomobilin evakuasiya olunması da mümkündür. Belə parketmə həm qayda pozuntusudur, həm də digər vətəndaşların rahatlığını və təhlükəsizliyini pozur.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 30 Oktyabr 2025 19:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















