Maşını blokun girişində saxlayıb evinə getdi; sakinlərə çətinlik yaratdı FOTO
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Paytaxtın Faiq Yusifov 40 ünvanında dayanma-durma qaydasını pozan sürücü görüntülənib.
Xoşagəlməz halla bağlı izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” səhifəsinə fotoşəkil göndərib. Belə ki, 77-SQ-357 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü binanın blokunun girişində park edib. Şikayətçinin sözlərinə görə, o, nəqliyyat vasitəsini səhər saatlarından gecəyə qədər sözügedən yerdə saxlayaraq evinə gedib. Nəticədə bina sakinləri bloka daxil olmasına çətinlik çəkib. İzləyici sakinlərin avtomobilin sahibini axtardıqlarını, lakin tapa bilmədiklərini əlavə edib.
Qeyd edək ki, qanunvericiliyə görə, avtomobili girişlərin, habelə darvazaların qarşısında park etmək qadağandır.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 29 Aprel 2025 18:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















