Maşını yolun ortasında park edib evinə gedən sürücü hərəkəti məhdudlaşdırdı VİDEO
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Paytaxtın Yasamal rayonu, İsmayıl Talıblı küçəsində dayanma-durma qaydasını pozan sürücü avtomobillərin hərəkətinə əngəl törədib.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” ünvanına videomaterial göndərib. Xoşagəlməz hadisə avqustun 22-də saat 17:00 radələrində qeydə alınıb. Videodan da aydın olduğu kimi, 77-QV-751 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü maşını yolun ortasında saxlayaraq hərəkəti məhdudlaşdırıb. Yaşayış zonasına daxil olan sürücü yolun bağlı olduğunu görərək qayda pozan şəxsə xəbərdarlıq məqsədilə dəfələrlə siqnal verib. Lakin izləyici bildirib ki, sürücü avtomobilin qapılarını kilidləyərək evinə getdiyi üçün onun xəbərdarlıq cəhdləri nəticəsiz qalıb. Sonda o, maşını arxa-arxaya sürərək yol kənarında park edib.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 25 Avqust 2025 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















