Icma.az
close
up
RU
Maşının bağışlanma müqaviləsi ilə ötürülməsi ödənişsiz ola bilər? MÜTƏXƏSSİSLƏR AÇIQLADI VİDEO

Maşının bağışlanma müqaviləsi ilə ötürülməsi ödənişsiz ola bilər? MÜTƏXƏSSİSLƏR AÇIQLADI VİDEO

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son vaxtlar sosial şəbəkələrdə avtomobilin bir şəxsdən digər şəxsə bağışlama yolu ilə verilməsi zamanı dövlət rüsumlarından azadolma məsələsi ilə bağlı geniş müzakirələr aparılır. Bir çox vətəndaş hesab edir ki, əgər nəqliyyat vasitəsi bağışlama müqaviləsi ilə təqdim olunursa, bu zaman heç bir ödəniş və ya vergi tutulmur. Lakin bu məsələdə müəyyən hüquqi və texniki prosedurlar mövcuddur ki, onların nəzərə alınmaması yanlış fikirlərin yayılmasına səbəb olur.

Mövzu ilə bağlı vəkil Ramil Süleymanov Avtosfer.az-a açıqlamasında bildirib ki, bağışlama müqaviləsi — şəxsin sağ olduğu müddətdə, özü tərəfindən verilmiş bir əşyanın qarşı tərəfə güzəştli şəkildə ötürülməsini və həmin əşya üzərindəki mülkiyyət hüququnun hədiyyə alana keçməsini nəzərdə tutan müqavilədir:

“Bağışlama müqaviləsi Mülki Məcəllənin 32-ci fəslinə uyğun olaraq tənzimlənir və notariat hərəkətləri “Notariat haqqında Təlimat” əsasında həyata keçirilir. Bağışlama müqaviləsində iki tərəf iştirak edir: hədiyyə verən və hədiyyə alan. Notarius tərəfindən, ilk növbədə hər iki şəxsin fəaliyyət qabiliyyəti yoxlanılır. Əgər tərəflərdən biri fəaliyyət qabiliyyətsizdirsə, bu halda onların qanuni nümayəndələri müqavilədə iştirak edirlər. Eyni zamanda, hədiyyə verən şəxs yetkinlik yaşına çatmamışdırsa, onun adından bu hərəkətlər valideyn və ya qəyyum tərəfindən icra olunur”, – deyə vəkil qeyd edib.

Ramil Süleymanovun sözlərinə görə, daşınar əşyaların bağışlanması zamanı xüsusi qaydalar nəzərdə tutulmasa da, daşınmaz əmlakın bağışlanması zamanı müəyyən sənədlər tələb olunur:

1) Daşınmaz əmlakın mülkiyyət hüququnu təsdiq edən sənəd;

2) Əgər bağışlayan şəxs evlidir və əmlak ailə birgə mülkiyyətinə daxildirsə, həyat yoldaşının notarial qaydada təsdiqlənmiş razılığı;

Əgər bağışlanan mənzildə yaşayan digər şəxslər varsa, onların da razılığı tələb oluna bilər. Müvafiq sənədlər təqdim edildikdən və notarial qaydada müqavilə bağlandıqdan sonra, əşya üzərində mülkiyyət hüququ hədiyyə alan şəxsə keçir.

Hüquqşünas Ərşad Hüseynovun fikrincə, yalnız yaxın qohumlar arasında bağışlama müqaviləsi bağlandıqda dövlət rüsumuna güzəşt tətbiq edilir:

“Qohumlar arasında bağışlama zamanı müəyyən fərqlər nəzərə alınmalıdır. Yaxın qohum sayılan şəxslər — valideyn, övlad, baba, nənə, nəvə, bacı və qardaşdır. Bu kateqoriyaya daxil olmayan şəxslər, məsələn, əmi, dayı, bibi və s. ilə bağışlama müqaviləsi bağlansa belə, dövlət rüsumuna güzəşt tətbiq edilmir”, – deyə hüquqşünas vurğulayıb.

Ərşad Hüseynov əlavə edib ki, əgər avtomobil ər-arvad, ata-oğul, bacı-qardaş kimi yaxın qohumlar arasında verilərsə və bu zaman alqı-satqı müqaviləsi yox, bağışlama müqaviləsi bağlanarsa, həmin halda avtomobilin mühərrik və istehsal ilinə görə alınan 20 manat məbləğində dövlət rüsumundan azadolma mümkündür.

Fidan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 30 Aprel 2025 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see166

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see154

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see153

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see140

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see136

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see135

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see128

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see126

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri