Icma.az
close
up
RU
Çimərliklərimizdə ekoloji vəziyyət narahatlıq yaradır Mütəxəssislər AÇIQLADI

Çimərliklərimizdə ekoloji vəziyyət narahatlıq yaradır Mütəxəssislər AÇIQLADI

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yay aylarında paytaxt Bakıda və Xəzər sahili rayonlarda insanların istirahət üçün ən çox üz tutduğu məkanlardan biri çimərliklərdir. Lakin rahat və sağlam istirahət üçün yalnız dəniz suyunun təmizliyi yetərli deyil, həmçinin çimərliyin ətraf mühiti də eyni dərəcədə vacib rol oynayır.

Bu gün insanların üz tutduğu bəzi çimərliklər ya zibilliyi xatırladır, yaxud dənizə axıdılan çirkab suları müşahidə edirik. Eyni zamanda dəniz suyunun neftlə çirklənidiyini görürük. Bütün bunlar isə təbii ki, çimərliyə üz tutanlarda bağırsaq çöpü xəstəliyinin yaranmasına da gətirib çıxara bilir.

Redaktor.az-a danışan ekoloq Cavid Hüseynov bildirdi ki, əsas təmizləmə adətən çimərlik mövsümü başlamazdan əvvəl aparılmalıdır:

"Bunun üçün təmizlik şirkətləri, könüllülər və mövsümi təmizləyicilər işə götürülməlidir. Çimərliyin bərk tullantılardan əl ilə təmizlənməsi, maşınlardan istifadə etməklə qumun süzülməsi, sahil zonasının təmizlənməsi, şezlongların, çətirlərin, skamyaların, qabların, tualetlərin, soyunub-geyinmə otaqlarının, içməli fəvvarələrin və digər çimərlik avadanlıqlarının yuyucu vasitələrdən və dezinfeksiyaedici məhlullardan istifadə edərək dezinfeksiyası və sair işlər həyata keçirilməlidir".

Ekoloq bildirdi ki, bütün işlər fərdi qoruyucu vasitələrdən istifadə etməklə həyata keçirilməli və dezinfeksiyaedici maddələrlə təmasda olduqda respirator taxılmalıdır.

"Müvafiq qurumlar tərəfindən aparılmış birgə montorinqlər və laborator müayinələrinin nəticələrinə əsasən, Bakı şəhərinin Buzovna, Zuğulba, Mərdəkan, Şüvəlan, Novxanı, Goradil, Nardaran, Bilgəh və Pirşağı çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji göstəriciləri norma səviyyəsində olduğu bildirildiyinə görə adı çəkilən çimərliklərdə, mövcud tələblərə cavab verən yerlərdə istirahət etmək məsləhətdir".

Müsahibimizin sözlərinə görə, çirklənmənin ciddi halları neftlə bağlıdır. 

"Neftlə çirklənmə iki səbəbə görə xüsusilə təhlükəli hesab olunur. Birincisi, suyun səthində dəniz flora və faunasını oksigendən məhrum edən örtük əmələ gəlir. İkincisi, neftin özü zəhərli birləşmədir. 
Neft dəniz mühitinə daxil olduqda, əvvəlcə plyonka şəklində yayılaraq müxtəlif qalınlıqda təbəqələr əmələ gətirir. Əsl ekoloji fəlakətlər boru kəmərinin yırtılması və supertanker qəzaları nəticəsində böyük neft dağılmalarıdır. Neftdən başqa, okeana daxil olan ən zərərli tullantılara ağır metallar, xüsusilə civə, kadmium, nikel, mis, qurğuşun və xrom daxildir. Çirklənmə bütün bu xüsusiyyətlərinə görə çox ciddi dəyişikliklərə səbəb ola bilər ki, bu da bütün planetdəki iqlim və hava rejimi üçün həyati əhəmiyyət kəsb edir", - deyə C.Hüseynov bildirdi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuranın sədri Amin Məmmədov isə bildirdi ki, dəniz suyunun təmizliyinə nəzarət olunur.

"Əsasən dənizsahili ərazilərdə hansısa çirkab suyunun qeyri-qanuni buraxılmasının qarşısının alınması üçün nəzarət var. Əsas tədbirlər çirkab suyunun buraxılmamasına nəzarətdir. Belə olduqda dəniz suyunun keyfiyyəti yaxşı olur".

Müsahibimiz qeyd etdi ki, hökumət tərəfindən də əsas tövsiyə edilən çimərliklər Abşeron yarımadasının şimal sahilindəki çimərliklərdir.

"Bilgəh, Mərdəkan, Nardaran, Pirşağı və s. Aşağı tərəfdə yerləşən Şıx çimərliyi adətən tövsiyə olunmur. Müəyyən mövsümlərdə bağırsaq çöpü və ya başqa mikroblar aşkar olunub. Cənub sahilində Zığ, Hövsan, Dübəndi nisbətən təmiz hesab olunur. Buraya da getmək tövsiyə olunur. Bir az riskli olan əsasən Şıx çimərliyidir", - deyə Amin Məmmədov bildirdi.

Aytəkin TOFİQQIZI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda dərc olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 İyul 2025 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri