Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Maşının soyuducu sistemindəki qaz sürücüləri zəhərləyir? ALİMLƏRDƏN XƏBƏRDARLIQ

Maşının soyuducu sistemindəki qaz sürücüləri zəhərləyir? ALİMLƏRDƏN XƏBƏRDARLIQ

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Avtomobil sənayesinin inkişafı və müasir soyutma texnologiyaları sahəsində əhəmiyyətli adlardan biri olan Thomas Midgley Junior ixtiralarının uzun illərdir təbiəti və insan sağlamlığını təhlükə altına atdığı məlum olub.

Avtosfer.az xəbər verir ki, 1920-ci illərdə qurğuşunlu benzinin istehsalı və daha sonra soyuducu qaz olan “Freon”un geniş istifadəsini təşviq edən Midgley həm iqlim böhranının dərinləşməsinə, həm də milyardlarla insanın sağlamlığının təhlükə altına girməsinə səbəb olub.

Midgleyin ilk böyük ixtirası olan tetraetil qurğuşunun (TEL) benzinin oktan səviyyəsini artırmaq üçün istifadəsi mühərrikin performansını yüksəldib. Lakin bu prosesin yaratdığı ekoloji və sağlamlıq problemləri uzun müddət diqqətdən kənarda qalıb. Qurğuşun tənəffüs və udma yolu ilə insan orqanizminə daxil olaraq beyinə təsir edir, xüsusilə də uşaqların idrak inkişafına mənfi təsir göstərir.

Araşdırmalara görə, qurğuşunlu benzinin geniş yayılması 170 milyondan çox amerikalının ümumilikdə 824 milyon “IQ” balını itirməsinə səbəb olub. Bu, adambaşına təxminən 3% bəndi azalma deməkdir. Bəzi insanlar üçün isə bu itki 6 baldan çox olub.

Midgley, etanolun benzinə qarışdırılması kimi daha təhlükəsiz alternativlər olduğunu bilsə də qurğuşun birləşməsindən istifadə etməyi seçib. Bunun əsas səbəbi TEL üçün patent alaraq daha çox pul qazanmaq istəyi idi. 1924-cü ildə Nyu Cersidə baş verən hadisədə TEL ilə birbaşa təmasda olan 5 işçinin ölümü cəmiyyətdə narahatlıq yaratdı. Lakin o dövrdəki sağlamlıq hesabatları sadəcə işçi mühafizəsinin vacibliyini vurğulamaqla kifayətləndi və məhsulun satışına mane olmadı. Qurğuşunlu benzinin istehsalı yalnız 1996-cı ildə qadağan edildi, lakin onun mənfi təsirləri hələ də hiss olunmaqdadır.

1920-ci illərin sonlarında kondisionerlərdə və soyuducularda istifadə edilən soyuducu birləşmələr zəhərli, partlayıcı və alışqan idi. Bu problemin həllini axtaran komandanın üzvü olan Midgley "Freon" adlı maddə hazırladı. “Freon” sürətlə məşhurlaşsa da ozon təbəqəsini zədələyir və güclü istixana effekti yaradıdı.

1987-ci ildə imzalanmış Monreal Protokolu bu cür zərərli qazların istifadəsini və istehsalını məhdudlaşdırsa da, vurulan zərərin izləri hələ də bütün dünyada müşahidə olunur.

Thomas Midgley Junior 1940-cı ildə 51 yaşında poliomielit səbəbilə yataq xəstəsi oldu. O, 1944-cü ildə özünün hazırladığı çarx sistemi ilə yataqdan qalxmağa çalışarkən boğularaq dünyasını dəyişdi. Onun istehsal etdiyi iki böyük ixtira müasir dünyanın qısamüddətli inkişafına töhfə versə də həm də iqlim böhranından tutmuş insan sağlamlığına qədər bir çox problemlərin əsasını qoyub.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 03 Fevral 2025 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see270

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see257

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see216

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see209

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see205

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see191

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see187

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see178

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see174

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see166

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see165

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see149

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see146

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see144

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see143

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see137

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see135

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri