Icma.az
close
up
RU
Maşınını binanın yanında saxladı, başına iş gəldi (VİDEO)

Maşınını binanın yanında saxladı, başına iş gəldi (VİDEO)

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Abşeron rayon Xırdalan şəhərində Heydər Əliyev prospekti A1 ünvanında yerləşən yeni tikilidən avtomobilin üzərinə kərpic düşüb.

Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, binanın 17-ci mərtəbəsindən düşən kərpic səbəbilə avtomobilə ciddi ziyan dəyib.

Sakinlərin sözlərinə görə, bu, ilk belə hal deyil. Onlar bildirib ki, daha əvvəl də tikilidən düşən taxtalar başqa bir avtomobilə zərər vurub.

Sakin Əli Məmmədov bildirib ki, ziyan dəyən maşın onlara qonaq gələn şəxsin olub: "Təzə tikili binadır. Nə qoruyucusu var, nə mühafizəsi. Bu, artıq ikinci belə hadisədir. Bir dəfə də maşının üzərinə dikt düşmüşdü. Həmin vaxt camaat həyətdə oturub söhbət edirdi. Bir qadının, uşağın başına düşsəydi, adam ölsəydi, necə olacaqdı. ona kim cavab verəcəkdi?”

Binanın mühafizəçisi isə bildirib, həmin yerdə maşın saxlamaq olmaz: "Maşın gedib girib ora, girməyəydi. Bütün sürücülərə başa salıblar ki, orada maşın saxlamaq olmaz”.

Binanın məsul şəxsinin sözlərinə görə, ötən dəfə belə hal yaşandığına görə zərərçəkənə kompensasiya ödənilib: "Kərpic düşməyi o qədər də inandırıcı deyil. Çünki düşsə, binanın kənarına düşə bilər. Amma istənilən halda, elə bir şey varsa, kompensasiya ödənilməlidir”.

Təhlükəsizlik üzrə ekspert Orxan Musayev deyib ki, mənzillərdə təmir-tikinti işləri aparılan zaman, oradan daş, alət və ya başqa material aşağıya düşürsə, bunun bütün hüquqi və maddi məsuliyyəti təmir işləri aparan şəxsin, ən əsası da mənzil sahibinin üzərində qalır.

Ətraflı videomaterialda:

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Avqust 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri