Icma.az
close
up
RU
Mask məhkəməyə verilib

Mask məhkəməyə verilib

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) İlon Maskı məhkəməyə verib.

O, hazırda "X" adlı sosial media şirkəti olan "Twitter"-in səhmlərinin alınması ilə bağlı lazımi bildirişləri vaxtında verməməsi və beləliklə də aşağı qiymətlərlə səhmləri almağa davam etdiyi üçün məhkəməyə verilib. 

"Cebheinfo.az" xəbər verir ki, SEC-in Vaşinqtonda açdığı iddiada Maskın 2022-ci ilin mart ayında "Twitter" səhmlərinin 5 faizindən çoxunu satın aldığını izah edərək hesabatı Komissiyaya vaxtında təqdim etməməklə ittiham olunur. Bu, federal qiymətli kağızlar qanunlarının pozdulmasıdır.

Maskın səhmləri aşağı qiymətlərlə almağa davam etdiyi bildirilir.  Bu vəziyyətin Maska ən az 150 milyon dollar az ödəməyə imkan verdiyi iddia edilir.

Məhkəmədə xatırladılıb ki, Mask 2022-ci ilin əvvəlində əhəmiyyətli miqdarda "Twitter" səhmlərini almağa başlayıb və 14 mart 2022-ci ilə qədər şirkətin dövriyyədə olan səhmlərinin 5 faizindən çoxuna sahib olub.

Qeyd edilir ki, müvafiq qanunlara əsasən, 5 faizlik həddi keçdikdən sonra on təqvim günü ərzində SEC-i xəbərdar etmək öhdəliyi var və Mask bunu etməyib.

Bu müddət başa çatdıqdan 11 gün sonra, 4 aprel 2022-ci ildə Mask SEC-ə verdiyi hesabatda "Twitter" səhmlərinin 9 faizindən çoxunu satın aldığını açıqlayıb. Həmin gün "Twitter"-in səhm qiyməti 27 faizdən çox artıb. 

İddiada Maskın bildirişi gecikdirdiyi müddətdə investorların "Twitter" səhmlərini süni şəkildə aşağı qiymətə satdığı və əhəmiyyətli iqtisadi itkilərə məruz qaldığı deyilir.

İddia ərizəsində SEC məhkəmədən Maskdan cərimə ödəməsini və səhm alışından əldə etdiyi qanunsuz qazancları geri qaytarmağı tələb edib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Yanvar 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see355

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see302

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see292

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see272

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see271

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see260

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see246

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see226

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see224

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see222

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see200

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see198

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see197

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see196

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see195

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see188

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see188

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see176

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see176

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri