Icma.az
close
up
RU
Mask Trampı rüsum qərarını yenidən nəzərdən keçirməyə çağırıb

Mask Trampı rüsum qərarını yenidən nəzərdən keçirməyə çağırıb

Oxumeni.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Mask Trampı rüsum qərarını yenidən nəzərdən keçirməyə çağırıb


ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ABŞ prezidenti Donald Trampa tarif siyasətinə yenidən baxmaq xahişi ilə şəxsən müraciət edib, “Washington Post” yazır.
Vəziyyətlə tanış olan iki mənbəyə istinadən “Washington Post” (WP) qeyd edib ki, bu müraciət Tramp və Mask arasında bu günə qədər ən böyük fikir ayrılığına işarədir.
Nəşrin mənbələrinə görə, Maskın cəhdi hələ ki, uğurlu olmayıb.
Şənbə günü Mask tarif planlarının hazırlanmasında əsas rol oynayan administrasiya rəsmisi, Ağ Evin ticarət müşaviri Peter Navarronu tənqid edib.
"Harvarddan iqtisadiyyat üzrə elmlər doktoru olmaq pisdir, yaxşı deyil,"- deyə Mask X sosial mediada yazıb.
Maskın elektrik avtomobil şirkəti “Tesla”-da satışlar son rübdə kəskin şəkildə azalıb. Bu, Maskın DOGE-də minlərlə ABŞ dövlət işçisinin işdən çıxarılması və digər ixtisarlarla nəticələnən hərəkətlərinə cavab olaraq qəbul edilir. Bazar ertəsi şirkətin səhmləri ilin əvvəlindən 42% azalaraq 233,29 dollara düşüb. Mask daha əvvəl ABŞ prezidenti Donald Trampın avtomobil tariflərinin “Tesla”-ya təsirinin əhəmiyyətli olacağını bildirmişdi.
İqtisadçılar deyirlər ki, tariflər inflyasiyada yeni artıma səbəb ola, ABŞ-da tənəzzül riskini artıra və orta Amerika ailəsinin xərclərinə minlərlə dollar əlavə edə bilər ki, bu da yaşayış dəyərini aşağı salacağını vəd edən prezident üçün problem ola bilər.
Daha əvvəl Mask ümid etdiyini bildirmişdi ki, Avropa və ABŞ ticarətdə sıfır tariflərə çata bilər.
“Ümid edirəm ki, sonda hamı razılaşacaq ki, həm Avropa, həm də ABŞ, mənim fikrimcə, ideal şəkildə Avropa və Şimali Amerika arasında azad ticarət zonası yaradaraq, sıfır tarifli vəziyyətə keçməlidirlər”, – “CNN” Maskın İtaliyanın baş nazirinin müavini Matteo Salvininin ev sahibliyi etdiyi Florensiyada keçirilən “Liga” partiyasının konqresində video bağlantı vasitəsilə dediyini sitat gətirir.
Almaz Həsənli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 08 Aprel 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri