Zelenski Trampı Maduro kimi Kadırova da qarşı əməliyyat keçirməyə çağırıb
Icma.az, Apa.az saytına istinadən bildirir.
Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-a Rusiyanın rəhbərliyindəki şəxslərə, xüsusən də Çeçenistan rəhbəri Ramzan Kadırova qarşı “Venesuela təcrübəsi” əsasında hərbi-siyasi əməliyyat keçirməyi tövsiyə edib.
APA xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bunun Putini sülhə razılaşmağa razı salmaq üçün ciddi mesaj ola biləcəyini bildirib.
Zelenski qeyd edib ki, ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən nümayişkaranə şəkildə həyata keçiriləcək belə bir əməliyyat Rusiya Prezidenti Vladimir Putinə Ukrayna variantı üzrə sülh razılaşmasına getmək üçün ciddi mesaj ola bilər.
“Biz yaxşı nəticələr əldə etmişik, amma hələ hər şey sona çatmayıb. ABŞ-ın alətləri var və istədikdə təzyiq göstərməyi bacarırlar”, — deyə Zelenski bildirib.
O, konkret nümunə olaraq Maduroya qarşı əməliyyatı göstərib: “Məsələn, Maduro. Onlar əməliyyatı tez keçirdilər? Bəli, tez. Bütün dünya gördü. Elə bir şeyi Kadırovla etmək olardı. Ola bilsin, Putin bunu görüb düşünər”, — Ukrayna Prezidenti əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 07 Yanvar 2026 18:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















