Icma.az
close
up
RU
Mask yenidən Trampı dəstəklədi VİDEO

Mask yenidən Trampı dəstəklədi VİDEO

Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AzVision.az xəbər verir ki, biznesmen Trampın “X” sosial şəbəkəsində Kaliforniya qubernatoru Qevin Nyusomu Los-Ancelesdəki vəziyyətə görə üzr istəməyə çağıran yazısını öz səhifəsində paylaşıb.
Həmin yazıda Tramp Kaliforniya hakimiyyətinə müraciət edərək onları küçə iğtişaşları ilə mübarizə aparmamaqda günahlandırıb və yerli sakinlərdən üzr istəməsini tələb edib.
Paylaşımla bağlı şərh verməyən Mask, bundan əvvəl Trampın başqa bir yazısını da paylaşıb. Burada ABŞ prezidenti “miqrantların işğalı” səbəbindən Los-Ancelesdə asayişi bərpa etmək niyyətində olduğunu bildirib. Sahibkar bu paylaşıma iki Amerika bayrağı ilə emoci (işarə, simvol) əlavə edib.
Reuters: "Tramp və Maskın birbaşa danışığı gözlənilmir" Tramp və Mask keçmiş prezidentlik kampaniyasında mehriban münasibətdə olublar, lakin mayın sonunda sahibkar dövlət xidmətini tərk etdikdən sonra onların arasında fikir ixtilafı yaranıb. Buna səbəb, digər məsələlərlə yanaşı, vətəndaşlar üçün vergi güzəştləri nəzərdə tutan “böyük və gözəl” qanun layihəsi idi.
Sahibkar sənədi “iyrənc” adlandırıb və Trampın təşəbbüsünün “onsuz da nəhəng büdcə kəsirini” daha da artıracağını və amerikalı ailələri dayanıqlı olmayan borclarla yükləyəcəyini bildirib.
“Mask qanunvericiləri sənəddə elektrikli avtomobillər üçün vacib vergi güzəştlərini saxlamağa inandıra bilmədiyi üçün Trampın qanun layihəsini bloklamaq qərarına gəlib”, - mənbələrə istinad edən “Bloomberg” agentliyi yazıb.
Onların iddiasıan görə, qanuna düzəlişlər 2025-ci ilin sonuna qədər elektriklə işləyən avtomobillərə verilən 7,5 min dollar subsidiyanın ləğvini nəzərdə tutur. Lakin İlon Mask ABŞ prezidenti ilə münaqişəsinin buna görə başladığını inkar edir.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://azvision.az
archiveBu xəbər 09 İyun 2025 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see695

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see656

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see391

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see245

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see241

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see237

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see220

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see212

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see201

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see197

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see197

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see188

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see188

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see183

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see181

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see180

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see165

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see165

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see165

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri