Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Bakıda 28 istiqamətdə sıxlıq var

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

57 yaşlı Cennifer Lopez belə formada qalır

Maslajir da kafedə içib dava saldılar Sərxoş olduğuma görə yaralı halda qoyub getdim

Maslajir da kafedə içib dava saldılar Sərxoş olduğuma görə yaralı halda qoyub getdim

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Gəncə şəhərində 1991-ci il təvəllüdlü Qədir tanışı Məqsədə bıçaqla xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Qədir 2023-cü ilin iyulun 11-də, gecə saat 01:00-da Gəncə şəhəri, Ələkbər bəy Rəfibəyli küçəsində yerləşən kafedə əvvəllər tanıdığı Məqsəd ilə şam edib. 
Daha sonra o, spirtli içkinin qəbulu nəticəsində yaranmış yüngül dərəcəli sərxoşluq vəziyyətində Məqsədlə aralarında yaranmış mübahisəni davam etdirib. Bıçaqla Məqsədə zərbələr yetirib. Qədirin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib. 
Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Qədir özünü Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə baş verən günü Gəncə şəhəri, “Maslajir” adlanan ərazidə yerləşən kafedə tanışı ilə birlikdə yemək yeyib, spirtli içki qəbul edib:
“Təxminən axşam saatlarında Məqsəd həmin kafeyə gəldi. O, gəldikdə artıq tanışım və mən spiritli içkinin təsiri altında olmuşuq. Məqsəd gəldikdən sonra təxmini 1-2 saat ərzində onunla da yemək yeyib, spiritli içki qəbul etdik. Sonra Məqsədlə mübahisə etməyə başladıq. Daha sonra aramızda yaranan mübahisəni həll etmək üçün kafedən çölə çıxsaq da, aramızda mübahisə hələ də davam etdi. Mübahisə əsnasında Məqsəd mənə qarşı əl-qol hərəkətləri ilə danışmağa başladı. Bundan sonra Məqsədin bu hərəkətlərini qəbul etmədim və onu bıçaqla vurdum. Məqsədə bıçaqla vurduqdan sonra spirtli içkinin təsiri altında olduğum üçün onu həmin yerdə qoyaraq getdim”.
Təqsirləndirilən şəxs bildirib ki, Məqsədi bıçaqla vuran zaman həmin yerdə ondan başqa heç kəs olmayıb:
“Mən günorta saatlarından başlayaraq spirtli içki qəbul etmişəm. Həmin vaxt həmçinin Məqsəddə spirtli içkinin təsiri altında olub. Məqsəd ilə mənim aramda problemlər hələ 2018-ci il tarixdən, biz Rusiya Federasiyasında olduğumuz vaxtdan mövcud olub. Məqsəd ilə aramızda yaranan mübahisə zamanı ona getməsini bildirmişəm. Lakin Məqsəd söhbət etmək istədiyini bildirdikdən sonra mübahisə davam etdik. Daha sonra biz kafedən çıxdıqdan sonra yolun qarşı tərəfinə keçdik. Həmin vaxt kafeni işlədənlər getmişdi və kafedə heç kəs olmayıb. Hadisə baş verən zaman bıçaq təsadüfi olaraq üzərimdə olub və sözügedən hadisənin baş verməsinə səbəb bizim hər ikimizin spirtli içkinin təsiri altına düşməyimiz olub”.
Zərərçəkmiş Məqsədin sözlərinə görə, hazırda ailəsi ilə birlikdə Samux rayonunda yaşayır: “Mən moykada işləyirəm. Təqsirləndirilən Qədir ilə qohumam. Əvvəllər aramızda heç bir ədavət və ya düşmənçilimiz olmayıb. Hadisə günü hava yağışlı olduğu üçün işlədiyim moykanın sahibi Rahilə işdən tez çıxmaq istədiyimi bildirdim. O, isə etiraz etmədi. Mən Qədirlə görüşərək Samuxa getmək üçün işdən çıxaraq, köhnə avtobus dayanacağının içərisində yerləşən yeməkxanaya getdim. yeməkxanaya girəndə Qədirin orada spirtli içki qəbul etdiyini gördüm. Qədirin oturduğu stola yaxınlaşaraq, onunla birlikdə oturdum. Qədirlə birlikdə spirtli içki qəbul etdim”. 
Zərərçəkmiş şəxsin sözlərinə görə, həmin gün Qədir heç olmadığı qədər əsəbi olub:
“Mən Qədirdən əsəbi olmasının səbəbini soruşdum. O, səbəbini bilmədiyini deyərək, söhbəti bağlamağa çalışdı. Qədirlə birlikdə orada təxminən 3 saat oturub yemək yedik. Təxminən saat 00:30-da  Qədirlə yeməkxanadan çıxdıq və Samux rayonuna getmək üçün yola düşdük. Yol boyu gedərkən Qədirin üzərində bıçaq olduğunu gördüm. Həmin bıçağı Qədirdən istəsəm də, o, həmin bıçağı verməkdən imtina etdi. Mən isə Qədirin əlindən həmin bıçağı zorla alaraq, cibimə qoydum. Bu hərəkətdən sonra Qədir daha da əsəbləşdi. Mən isə Qədirə qohum olduğumuzu, yaşda böyük olduğumu və mənə qarşı tərbiyəli olmalı olduğunu bildirdim. Bu zaman Qədir daha da özündən çıxaraq, mənim cibimə əl atdı, həmin bıçağı məndən aldı. Bu zaman hətta Qədir cibimi cırdı və qolumu yaralayaraq, bıçaqla qarın nahiyəmə zərbə endirdi. Qədirin bu hərəkətindən sonra getmək qərarına gəldi. Qədirə yaramın ağır olduğunu, qan itirdiyimi, təcili tibbi yardıma məluma verməsini istədim”. 
Zərərçəkmiş bildirib ki, daha sonra Qədir ona məhəl qoymayaraq, oradan uzaqlaşıb: “Mən qaranlıq yol boyu gedərək, qarşıma hər hansı bir insan çıxarsa, ondan təcili yardıma zəng etməsini istəyim. Lakin gec saatlar olduğundan uzun bir müddət yolda heç kəslə rastlaşmadım. Atatürk prospektində yerləşən Qızıl Sarayını 2 küçə aşağı keçdikdən sonra küçədə qadınların oturduğunu gördüm. Həmin qadınlara yaxınlaşaraq, onlardan kömək etmələrini istədim. Onlar oradaca mənə ilk tibbi yardım göstərərək, sağ qolumda olan kəsiyi sarğı vasitəsi ilə bağladılar. Daha sonra təcili tibbi yardıma məlumat verdilər. Təcili tibbi yardım gələrək, məni götürdü və xəstəxanaya çatdırdı”. 
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qədir 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını  ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Mart 2026 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see313

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see310

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see305

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see302

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see280

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see266

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see264

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see260

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see254

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see254

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see252

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see250

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see237

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see231

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see225

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see224

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see213

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see212

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see195

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri