Icma.az
close
up
RU
Kubik ə görə dayısını döydü Pivədən sərxoş olub kafedə dava saldılar: TƏFƏRRÜAT

Kubik ə görə dayısını döydü Pivədən sərxoş olub kafedə dava saldılar: TƏFƏRRÜAT

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının Xəzər rayonunda 1981-ci il təvəllüdlü Rövşən dayısı Əzizə xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin fevralın 18-də rayonun Buzovna qəsəbəsi Albalılıq yeni yaşayış massivində baş verib. 
Rövşən həmin gün saat 15 radələrində Albalılıq yeni yaşayış massivi ərazisində yerləşən “Köhnə yeməkxana” adlandırılan kafedə spirtli içki qəbul etdiyi zaman dayısı Əziz həmin kafeyə daxil olub və masaların birində əyləşərək özünə çay sifariş verib.
Daha sonra Əziz bacısı oğlu Rövşən dayısı ilə mübahisə edib. Buna səbəb Rövşənin dayısına ev tikdirmək üçün gətirdiyi mişar daşlarının əskik olması ilə bağlı olub. Kafedə Əziz bacısı oğluna nalayiq ifadələr işlədərək onu təhqir edib. Bu zaman Rövşən dayısını itələyərək yerə yıxıb və təpiklə sağ bud-çanaq nahiyyəsinə vurub. 
Hadisəni törədən Rövşənin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Rövşən ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Lerik rayonunda qeydiyyatda olmaqla Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yeni yaşayış massivi, nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır: “Özümə məxsus “Zil” markalı yük avtomobili ilə mişar daşı satışı ilə məşğul oluram. Əziz mənim dayımdır. Son vaxtlar aramızda münasibət pozuldu. Dayım mənə daş sifariş verib. Daşı apararaq onun həyətində boşaltdıqdan sonra dayım bildirdi ki, guya daşların sayı əskik gəlir. Dayıma bildirdim ki, daşların sayında heç bir əskiklik ola bilməz. Elə bu söhbətdə aramızda sözlə mübahisə oldu və dayım məni təhqir etdi. Lakin yaşlı olduğuna görə ona bir söz demədim”. 
Təqsirləndirilən  şəxs qeyd edib ki, Albalılıq yeni yaşayış massivində yerləşən hamının “Köhnə yeməkxana” kimi tanıdığı kafedə pivə içirərkən dayısı Əziz ora gəlib və onun oturduğu masaya yaxın bir masada əyləşərək özünə çay sifariş verib: “Kafeni işlədən Ulduz adlı şəxs ona çay verdi. Özüm həmin vaxt sərxoş olmuşam. Dayımı görəndə əvvəlki gün aramızda etdiyimiz mübahisə yadıma düşdü. Yenə də əsəbləşdim, dözməyərək ona yaxınlaşaraq dedim ki, yaşlı adamsan, sənin mənə qarşı elədiyin hərəkəti kimə deyirəmsə, hamı səni söyür, ona görə də heç kimlə işin olmasın. Bunu deyən kimi dayım valideynlərimə qarşı nalayiq ifadə işlətdi. Bu zaman sərxoş halda daha da əsəbləşdim. Əlim ilə onun sinəsindən itələdi, o, masaya dəydi. Bunu görən kafeni işlədən Ulduz adlı şəxs və kafedə olan müştərilər yaxınlaşaraq bizi ayırdılar. Bundan sonra evinə getdim”.
Xəzər Rayon Məhkəməsinin hökmü ilə Rövşən 8 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası alıb. Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində  Buzovna qəsəbəsi, Albalılıq yeni yaşayış massivi, nömrəsiz fərdi evi axşam hər gün axşam saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməsi, həmçinin  Bakı şəhərinin ərazi hüdudlarını tərk etməsi qadağan olunub.
Bundan başqa, onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq tapşırılıb.
Bundan əlavə cəzaçəkmə dövründə Rövşənin kütləvi tədbirlərdə iştirak etməsi qadağan olunub.
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Yanvar 2026 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri