® “Mastercard” VIII Beynəlxalq Bankçılıq Forumunda qlobal sponsor olaraq iştirak edib AZƏRTAC
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Dekabrın 3-4-də “Mastercard” Bakıda keçirilmiş VIII Beynəlxalq Bankçılıq Forumunun (IBF) qlobal sponsoru olaraq iştirak edib. Forumda bankçılıq və maliyyə sektorunun aparıcı mütəxəssisləri təhlükəsiz və dayanıqlı bankçılıqda ən son trendləri müzakirə ediblər.
Forumun əsas məqamlarından biri “Mastercard”ın Azərbaycandakı ölkə meneceri Emil Zeynalovun moderatorluğu ilə baş tutmuş "Bankçılıqda yeni trendlər və yeni nəsil sadiqlik proqramları" mövzusunda keçirilən panel müzakirəsi olub. Emil Zeynalovla yanaşı, paneldə “Mastercard”ın rəqəmsal bankçılıq üzrə birinci vitse-prezidenti Eren Özkan, “Mastercard”ın müştəri məlumatları üzrə direktoru Gözde Şahin, Azərbaycan Hava Yollarının sadiqlik proqramları üzrə rəhbəri Araz Əliyev və “Kapital Bank”ın Ekosistem Tərəfdaşlığı Şəbəkəsi Departamentinin rəhbəri Mahmud Mahmudov iştirak ediblər. Müzakirələr müştəri davranışlarının təhlilinin əhəmiyyəti, müştəri sadiqliyində yaranan yeni trendlər və bankçılıqda sadiqlik proqramlarının gələcəyi mövzularına fokuslanıb.
Emil Zeynalov qeyd edib: "Müasir bazarda öndə olmaq üçün banklar müştəri davranışlarını daim təhlil etməli və strategiyalarını uyğunlaşdırmalıdır. Sadiqlik proqramlarının gələcəyi müştərilərlə daha fərdiləşdirilmiş əlaqələr qurmağa əsaslanır”.
Eren Özkan isə bildirib: "Məlumat bankçılıqda yeni valyutadır. Müştəri davranışlarını təhlil edərək daha effektiv sadiqlik proqramları yarada bilərik”.
Gözdə Şahin əlavə edib: "Mastercard müştəri davranışlarını təhlil edərək fərdiləşdirilmiş proqramlar hazırlayır və süni intellekt, blokçeyn kimi texnologiyalarla etibarlılığı artırır".
Forumun qlobal sponsoru kimi “Mastercard” bank sektorunda innovasiyaların inkişafı və yeni nəsil bankçılıq həlləri üzrə əməkdaşlıq müzakirələrinin təşviqi naminə öhdəliyini bir daha vurğulayıb.
Forum, həmçinin sənaye liderləri, tənzimləyicilər, fintek şirkətləri və beynəlxalq maliyyə institutları arasında fikir mübadiləsi üçün platforma rolunu oynayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 07 Dekabr 2024 00:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















