Icma.az
close
up
RU
“Mastercard” VIII Beynəlxalq Bankçılıq Forumunda qlobal sponsor olaraq iştirak edib

“Mastercard” VIII Beynəlxalq Bankçılıq Forumunda qlobal sponsor olaraq iştirak edib

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

3-4 dekabr tarixlərində “Mastercard”, Bakıda keçirilmiş VIII Beynəlxalq Bankçılıq Forumunun (IBF) qlobal sponsoru olaraq iştirak edib. Forumda bankçılıq və maliyyə sektorunun aparıcı mütəxəssisləri təhlükəsiz və dayanıqlı bankçılıqda ən son trendləri müzakirə ediblər.

Forumun əsas məqamlarından biri Mastercard-ın Azərbaycandakı Ölkə Meneceri Emil Zeynalovun moderatorluğu ilə baş tutmuş "Bankçılıqda Yeni Trendlər və Yeni Nəsil Sadiqlik Proqramları" mövzusunda keçirilən panel müzakirəsi olub. Emil Zeynalovla yanaşı, paneldə Mastercard-ın Rəqəmsal Bankçılıq üzrə Birinci Vitse-Prezidenti Eren Özkan, Mastercard-ın Müştəri Məlumatları üzrə Direktoru Gözde Şahin, Azərbaycan Hava Yollarının Sadiqlik Proqramları üzrə Rəhbəri Araz Əliyev və Kapital Bankın Ekosistem Tərəfdaşlığı Şəbəkəsi Departamentinin Rəhbəri Mahmud Mahmudov iştirak ediblər. Müzakirələr müştəri davranışlarının təhlilinin əhəmiyyəti, müştəri sadiqliyində yaranan yeni trendlər və bankçılıqda sadiqlik proqramlarının gələcəyi mövzularına fokuslanıb.

Emil Zeynalov qeyd edib: "Müasir bazarda öndə olmaq üçün banklar müştəri davranışlarını daim təhlil etməli və strategiyalarını uyğunlaşdırmalıdır. Sadiqlik proqramlarının gələcəyi müştərilərlə daha fərdiləşdirilmiş əlaqələr qurmağa əsaslanır." 

Eren Özkan isə bildirib: "Məlumat bankçılıqda yeni valyutadır. Müştəri davranışlarını təhlil edərək daha effektiv sadiqlik proqramları yarada bilərik." 

Gözdə Şahin əlavə edib: "Mastercard müştəri davranışlarını təhlil edərək fərdiləşdirilmiş proqramlar hazırlayır və süni intellekt, blokçeyn kimi texnologiyalarla etibarlılığı artırır."

Forumun qlobal sponsoru kimi Mastercard bank sektorunda innovasiyaların inkişafı və yeni nəsil bankçılıq həlləri üzrə əməkdaşlıq müzakirələrinin təşviqi naminə öhdəliyini bir daha vurğulayıb.

Forum, həmçinin, sənaye liderləri, tənzimləyicilər, fintek şirkətləri və beynəlxalq maliyyə institutları arasında fikir mübadiləsi üçün platforma rolunu oynayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Dekabr 2024 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri