Icma.az
close
up
RU
Mastercard VIII Beynəlxalq Bankçılıq Forumunda qlobal sponsor olaraq iştirak edib

Mastercard VIII Beynəlxalq Bankçılıq Forumunda qlobal sponsor olaraq iştirak edib

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Dekabrın 3-4-ü tarixlərində "Mastercard", Bakıda keçirilmiş VIII Beynəlxalq Bankçılıq Forumunun (IBF) qlobal sponsoru olaraq iştirak edib. Forumda bankçılıq və maliyyə sektorunun aparıcı mütəxəssisləri təhlükəsiz və dayanıqlı bankçılıqda ən son trendləri müzakirə ediblər.

Forumun əsas məqamlarından biri "Mastercard"ın Azərbaycandakı ölkə meneceri Emil Zeynalovun moderatorluğu ilə baş tutmuş "Bankçılıqda Yeni Trendlər və Yeni Nəsil Sadiqlik Proqramları" mövzusunda keçirilən panel müzakirəsi olub. Emil Zeynalovla yanaşı, paneldə "Mastercard"ın Rəqəmsal Bankçılıq üzrə birinci vitse-prezidenti Eren Özkan, "Mastercard"ın Müştəri Məlumatları üzrə direktoru Gözde Şahin, "Azərbaycan Hava Yolları"nın Sadiqlik Proqramları üzrə rəhbəri Araz Əliyev və "Kapital Bank"ın Ekosistem Tərəfdaşlığı Şəbəkəsi Departamentinin rəhbəri Mahmud Mahmudov iştirak ediblər. Müzakirələr müştəri davranışlarının təhlilinin əhəmiyyəti, müştəri sadiqliyində yaranan yeni trendlər və bankçılıqda sadiqlik proqramlarının gələcəyi mövzularına fokuslanıb.

Emil Zeynalov qeyd edib: "Müasir bazarda öndə olmaq üçün banklar müştəri davranışlarını daim təhlil etməli və strategiyalarını uyğunlaşdırmalıdır. Sadiqlik proqramlarının gələcəyi müştərilərlə daha fərdiləşdirilmiş əlaqələr qurmağa əsaslanır".

Eren Özkan isə bildirib: "Məlumat bankçılıqda yeni valyutadır. Müştəri davranışlarını təhlil edərək daha effektiv sadiqlik proqramları yarada bilərik".

Gözdə Şahin əlavə edib: "Mastercard" müştəri davranışlarını təhlil edərək fərdiləşdirilmiş proqramlar hazırlayır və süni intellekt, blokçeyn kimi texnologiyalarla etibarlılığı artırır".

Forumun qlobal sponsoru kimi "Mastercard" bank sektorunda innovasiyaların inkişafı və yeni nəsil bankçılıq həlləri üzrə əməkdaşlıq müzakirələrinin təşviqi naminə öhdəliyini bir daha vurğulayıb.

Forum, həmçinin, sənaye liderləri, tənzimləyicilər, fintek şirkətləri və beynəlxalq maliyyə institutları arasında fikir mübadiləsi üçün platforma rolunu oynayıb.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://report.az
archiveBu xəbər 06 Dekabr 2024 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri