Icma.az
close
up
RU
Mastopatiya və onun səbəbləri

Mastopatiya və onun səbəbləri

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mastopatiya - süd vəzisində olan xoşxassəli törəmələrdir. Mastopatiya zamanı süd vəzisində ölçüsü noxud böyüklüyündən başlayaraq, qoz böyüklüyünə qədər olan kiçik düyünlər əmələ gəlir.

Bu düyünlər vaxtaşırı olaraq yaranır, inkişaf edir, kiçilir və yox olurlar. Bir çox hallarda həkim tərəfindən onlara “mastopatiya” diaqnozu qoyulduğunu eşidən qadınlar bu xəstəliyə elə də xüsusi diqqət yetirmirlər. Əksər qadınlar arasında bu xəstəliyə çox təsadüf edildiyindən, onu “adi” xəstəlik hesab edirlər. Bəs həqiqət necədir? Bu zaman narahat olmağa dəyərmi? Əlbəttə, dəyər! Məsələ burasındadır ki, mastopatiya fonunda süd vəzisində həm xoşxassəli, həm də bədxassəli şişlər inkişaf edə bilər. Mastopatiya  əsasən dölyaratma yaşında (25-45 yaş) inkişaf edir. Çox gənc qız uşaqlarında olan mastopatiya isə əksər hallarda, onların orqanizmində hormonal fonun yaşa uyğun olaraq yenidən qurulması ilə əlaqədar yaranmış olur.

Mastopatiyanın ilk əsas səbəbi qadın orqanizmində hormonal tarazlığın pozulmasıdır. Məlum olduğu kimi, aybaşı tsikli (dövrü) hormonlarla tənzimlənir. Süd vəzisi hormon asılılıqlı üzvlərə aiddir. Onun toxuması aybaşı tsiklinin (dövrünün) mərhələlərinə uyğun olaraq müxtəlif dəyişikliklərə uğrayır. Bundan başqa, süd vəzisinin toxumasına böyrəküstü vəzilər, qaxanvari vəzi, mədəaltı vəzi və hipofiz vəzi hormonları da müəyyən təsir göstərirlər. Buna görə də sadalanan orqanların hər hansı birinin xəstəliyi süd vəzilərində də müəyyən dəyişikliklərin əmələ gəlməsinə səbəb ola bilər.

Mastopatiyanın əmələ gəlməsi üçün “şərait yaradan” faktorlardan biri qadın orqanizminin hormonal sisteminə kobub şəkildə müdaxilə olan abortlar (uşaqsalmalar) hesab edilir. İkinci belə faktor isə qadın cinsi üzvlərinin xəstəlikləridir. Süd vəziləri digər dölyaradıcı üzvlərlə (uşaqlıq, yumurtalıqlar) vahid sistemə daxildirlər. Buna görə də həmin bu sistemdə baş verən hər hansı nasazlıq və pozğunluqlar süd vəzilərinə də öz mənfi təsirlərini göstərirlər.

Mastopatiyanın əmələ gəlməsinə səbəb olan üçüncü əsas faktor isə sinir sistemində baş verən müxtəlif nevroloji pozğunluqlardır (streslər, daimi sinir gərginlikləri, depressiyalar).

Piylənmə, spirtli içkilərin qəbul edilməsi, siqaret çəkilməsi, gecikmiş hamiləlik, şəkərli diabet, süd vəzilərinin müxtəlif travmatik təsirlərə (çox sıx alt paltarların geyilməsi nəticəsində əmələ gələn mikrotravmalar, zərbə, yıxılma, sıxılma və s.) məruz qalması və digər bu kimi faktorlar da mastopatiyanın əmələ gəlməsinə “kömək edən” səbəblərdir.

Süd vəzilərinə zərərli təsir edən faktorlardan biri də həddən artıq dərəcədə qəbul edilən təbii və ya süni günəş vannaları (xüsusən də çimərlik paltarı geyinmədən) hesab edilir.

Mastopatiya zamanı süd vəzilərində kifayət qədər yumşaq olan törəmələr və ya müxtəlif ölçülü düyünlər əmələ gəlir. Aybaşı başlamazdan qabaq onlar ağrılı olaraq qoltuqaltı sahəyə də yayıla bilərlər. Nəzarətsiz buraxılmış formalarda bu ağrılar daimi xarakter alaraq, hətta süd vəzilərinə yüngülcə toxunuş zamanı da arta bilərlər. Mastopatiya zamanı süd vəziləri gilələrindən ağ, sarı, yaşıl rəngə çalan və bəzən də müəyyən iyi olan maye də ifraz oluna bilər.

Mastopatiyanın diffuz və düyünlü formaları olur. Mastopatiyanın düyünlü forması, adətən, 35 yaşdan yuxarı olan qadınlarda təsadüf edilir və süd vəzisinin xərçənginə də keçə bilir. Mastopatiya diaqnozu qoyulmuş qadınlar onkoloji cəhətdən yüksək risk qrupuna aid edilərək mütəmadi olaraq onkoloq-mammoloq tərəfindən müayinə olunmalıdırlar. Lazım olduğu hallarda onlara USM və mammoqrafiya təyin edilir.

Orta hesabla qadınların 50%-i süd vəzilərində olan bərkimə sahələrini özləri aşkar edirlər. Bu isə onlara vaxtında düzgün diaqnoz qoyulması ehtimalını artırır və hətta süd vəzi xərçəngi kimi çox təhlükəli hesab edilən bir xəstəliyin də müvəffəqiyyətlə müalicə olunmasına imkan verir. Məhz buna görə, mütəmadi olaraq, fərdi qaydada qadınların öz süd vəzilərini müayinə etmələri çox vacib hesab edilir.

Bəs mastopatiya xəstəliyi necə müalicə oluna bilər?

İlkin dövrlərində bu xəstəlik asanlıqla və tez bir zamanda müalicə olunur. Məhz buna görə də xəstəliyin ilkin əlamətləri aşkar edilən kimi, təxirə salınmadan həkim-mammoloqa müraciət etmək lazımdır. Süd vəziləri praktiki olaraq heç bir halda öz xəstəliklərinin səbəbkarı olmurlar. Mastopatiyaların əsas səbəbləri əksər hallarda hormonal pozğunluqlar, müxtəlif ginekoloji, nevroloji və digər xəstəliklər olur. Beləliklə, mastopatiyanın müalicəsində əsas məsələ - qadın orqanizmində məhz hansı pozğunluğun onun inkişaf etməsinin səbəbkarı olduğunu müəyyən etməkdən ibarətdir. Bu səbəb müəyyən edildikdən və aradan götürüldükdən sonra süd vəzilərinin vəziyyəti də yaxşılaşmış olur. Cərrahi əməliyyatın aparılması isə yalnız aşkar edilməsi gecikdirilmiş olan, düyünlü mastopatiyalar zamanı tələb olunur.

Hal-hazırda süd vəziləri xəstəliklərinin profilaktikası üçün tərkibində A, E, C vitaminləri, selen və yod mikroelementləri olan bir sıra dərman preparatları və komplekslər hazırlanmışdır. Bundan başqa, süd vəziləri xəstəliklərinin profilaktikası üçün dəniz məhsulları, kələm, kök, tərkibində xeyli miqdarda sellüloz olan meyvələr və digər qidalar mütəmadi olaraq qəbul edilən qida məhsulları sırasına daxil edilməlidir.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 22:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see438

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see380

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see266

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see249

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see240

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see234

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see226

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see222

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see219

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see198

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see196

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see192

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see185

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see184

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see181

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see180

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see179

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see175

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see164

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri