Icma.az
close
up
RU
Matcha çayı: Azərbaycanda bunun alternativi var?

Matcha çayı: Azərbaycanda bunun alternativi var?

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hazırda dünyada sürətlə məşhurlaşan matcha çayına (Yapon yaşıl çayı) olan tələbin kəskin artması böhranla nəticələnib.

Belə ki, matcha çayının əsas vətəni olan Yaponiyada istehsalçılar belə artan tələbli qarşılaya bilmir. Hətta qiymətlərin artmasına baxmayaraq, matcha çayı “qara bazar”da satılır.

Bildirilib ki, 2024-cü ildə Yaponiyanın ixrac etdiyi 8 min 798 ton çayın yarıdan çoxunu matcha çayı təşkil edib. Bu göstərici son 10 illə müqayisədə iki dəfə artım deməkdir.

Bəs matcha çayının sağlamlığa ümumi təsirləri nələrdir və digər yaşıl çay növlərindən nə ilə fərqlənir? Hazırda tələbin çoxalması, məhsulun “qara bazar”da satılması fonunda istehlakçılar keyfiyyətli matchanı necə tanıya bilər? 

Azərbaycanda matchaya bənzər faydalı bitki çayları varmı?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında qida eksperti Fərid Səfərov bildirdi ki, matcha çayı son illər "superfood" trendləri səbəbilə böyük maraq doğurur:

“Matcha çayı kölgədə yetişdirilmiş yaşıl çay yarpaqlarının üyüdülməsi ilə alınan toz çaydır. Klassik dəmlənmiş yaşıl çaydan daha güclü təsirlərə malikdir”.

Onun sözlərinə görə, matcha çayının bir çox elmi cəhətdən sübut olunmuş faydaları mövcuddur:

“Matcha tozu parlaq yaşıl rəngi, möhkəm “umami” (Yapon dilindən “xoş dad” kimi) dadı və yüksək antioksidant səviyyələri ilə məşhurdur. Onun tərkibində olan kofein və “L-Theanine” adlı maddələr beyin funksiyalarını yaxşılaşdırır. Həmçinin, metabolizmi sürətləndirə və arıqlama prosesində dəstəkləyici ola bilər.

Ürək-damar sağlamlığına müsbət təsir edir və xolesterol səviyyələrini tənzimləyə bilər. Bundan başqa bədən detoksuna dəstək verir, xlorofil tərkibi yüksəkdir. Elmi araşdırmalarla təsdiqlənmişdir ki, kofein diqqəti artırır, enerjini yüksəldir, “L-Theanine” sakitlik verir, əsəb sistemini tarazlayır. Bu iki maddə birlikdə "ayıq rahatlıq" (calm alertness) təsiri yaradır. 

Buna görə də matcha çayı qəhvəyə alternativ kimi çox sevilir”.

Fərid Səfərov vurğulayıb ki, amma keyfiyyətsiz matcha çayı sağlamlıq üçün təhlükə yarada bilər:

“Matcha çayının faydaları ilə yanaşı, onun düzgün seçilməsi və orijinal məhsulun alınması da böyük önəm daşıyır. Keyfiyyətli matcha çayı vizual, dad və qoxu baxımından fərqlənir.

Əsl matcha çayı parlaq tünd yaşıl rəngdə olmalıdır. Əgər toz solğun və sarıya çalan tonlardadırsa, bu keyfiyyətsizlik əlamətidir. Dadı yüngül şirin olmalı, çox acı olmamalıdır. Ən keyfiyyətli matcha çayı məhsulları Yaponiyada istehsal olunur. Onların təzə və otvari aroması olmalıdır.

“Qara bazar”da satılan matcha çayının riskləri var. Saxta məhsullar yaşıl boya ilə qarışdırılmış tozlardır. Tərkibində pestisid və ağır metallar ola bilər. Mənşə və saxlanma şəraiti bəlli olmadığı üçün toksin riski yarada bilər”.

O bildirib ki, Azərbaycanda matcha çayına alternativ olan bir sıra faydalı bitki çayları var:

“Matcha çayı dünyada sağlamlıq içkisi kimi məşhurlaşsa da, ölkəmizdə və regionda ona bənzər təsirə malik bitki çayları da az deyil.

Məsələn, dağ nanəsi, xüsusilə həzmə kömək, sakitləşdirici, yumşaq təsir. Zəfəran çayı, sinir sisteminə dəstək, zehni rahatlıq verir. Gicitkən çayı, qan təmizləyici, iltihab əleyhinə təsir göstərir. Qızılgül ləçəyi çayı, stress azaldıcı təsirə malikdir.

Enerji və fokus artırmaq üçün zəfəran və qaraqınıq daha yaxın alternativ ola bilər”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:304
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 İyul 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see294

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see285

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see277

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see259

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see243

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see236

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see189

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see175

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see171

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see165

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri