Icma.az
close
up
RU
Çin çayı Azərbaycanda necə milliləşib?

Çin çayı Azərbaycanda necə milliləşib?

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, Prezident İlham Əliyev aprel ayında Çinə dövlət səfəri zamanı Pekində CGTN (China Global Television Network) telekanalına müsahibə verən zaman qarşısındakı masaya Azərbaycanın milli atributları kimi “İstisu”, bütöv bir limon və armudu stəkanda çay qoyulub. Bu, həm də ölkəmizdə ən sevimli içki sayılan çayın ilkin olaraq Çinə mənsubluğuna işarə idi.

Bəs Azərbaycana çay həqiqətənmi Çindən gəlib? Elədirsə, nə vaxt və necə?

Fakt budur ki, ölkəmizdə çay bitkisi ilk dəfə XIX əsrin sonlarında əkilib, onun elmi əsaslarla becərilməsinə 1929-cu ildən, sənaye miqyaslı plantasiyaların salınmasına isə 1932-ci ildən başlanıb. Beləliklə, çay Azərbaycan mətbəxinin dadlı təamları ilə birləşərək milli atributumuza çevrilməyi bacarıb.

Maarifçi və etnoqraf Əhməd Nəbiyevin (1885-+1970) Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda, 486 inventar nömrəsi altında mühafizə olunan əlyazmasında çayın Böyük İpək Yolu üzərində yerləşən Şəki şəhərinə gətirilməsi haqqında yazdıqları maraqlıdır. Ə.Nəbiyev qeyd edir ki, yaşlı adamların dediyinə görə, 100–150 il bundan qabaq Şəkidə çay içmək nədir, bilməzdilər. Şəkiyə çay XIX əsrdə Çin və Hindistandan gətirilib. Yerli əhali quru çaya çay xatası, yəni xatay-kitay deyirmiş. “Xata” sözü günümüzdə də Şəkinin bəzi kəndlərində işlənməkdədir.

İlk zamanlar Şəkidə müştərisi çox olmayan çayın necə dəmləndiyini Ə.Nəbiyev belə izah edir: “O zaman mis qulplu qazanın ortasında külbəsi olurdu. Qazanı su ilə doldurub külbəsinə kömür töküb qızdırardılar. Qaynayanda içinə döyülmüş darçın, zəncəfil tozu töküb iki əlində qulplu qazan dükanbədükan gəzdirib çay satardılar... Axır zamanda XIX əsrin əvvəlindən başlayaraq Həvə Qədir adlı birisi bu cür bütün yuxarı bazarı gəzərək çay təklif edərdi. O, Omar Əfəndi məscidinin üstündə bir balaca evdə arvadı ilə yaşayırdı. Get-gedə, təxminən 1860-cı ildən çayçı dükanları – çayxanalar açılmağa başladı. Rusiyadan böyük, qulplu samovarlar alınmağa başlandı. Rus samovarı çıxandan sonra bu qazanların adı çaydan oldu”.

Bu gün artıq bütün Azərbaycanda çay milli içki kimi qəbul olunur və tanıdılır. Müxtəlif şirniyyat və mürəbbələrlə armudu stəkanda təqdim olunan və limonla içilən çay Azərbaycan mətbəxinin bir parçası olmaqla yanaşı, Şərqin bir-birindən uzaq iki ölkəsini birləşdirən dərin tarixi əlaqələrinin sübutudur.

Zəminə RƏSULOVA,
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Qoruqları İdarəetmə Mərkəzinin elmi işçisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 İyun 2025 00:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see788

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see548

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see310

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see296

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see279

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see276

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see274

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see264

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see228

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see202

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see193

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see187

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see187

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see185

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see180

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see180

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see179

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see160

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri