Icma.az
close
up
RU
Matiçdən Sulşer və Mourinyo ilə bağlı etiraflar

Matiçdən Sulşer və Mourinyo ilə bağlı etiraflar

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Avropa Liqasının 1/4 finalının ilk matçı çərçivəsində ''Lion'' ''Mançester Yunayted''i qəbul edəcək.
Fransa klubunda ikinci mövsümünü keçirən Nemanya Matiç oyunöncəsi açıqlamaları ilə diqqət çəkib. Təcrübəli serbiyalı yarımmüdafiəçi bilindiyi kimi daha öncə ''Yunayted''də 5 mövsüm keçirib. Tadiç ''qırmızı şeytanlar''da başçılığı altında oynadığı Ole Qunnar Sulşer və Joze Mourinyo ilə bağlı maraqlı ifadələr işlədib. O, ''Yunayted''dən başqa ''Çelsi'' və ''Roma''da da Mourinyonun başçılığı altında oynayıb. ''Atletik'' nəşrinə müsahibə verən 36 yaşlı Matiç bunları deyib:

''Sulşer açıqlamasında 2021-ci ildə AL-in finalında ''Vilyarreal''a qarşı oyunda məni start heyətində oynatmamaqla səhvə yol verdiyini bildirib? Bəli, bunu o vaxt mənim özümə də demişdi. Fikrimcə, həmin matçda uduzmağa layiq deyildik. İndi geriyə boylananda insanlar yəqin, düşünür ki, Sulşer ''Yunayted'' üçün yaxşı məşqçi idi. Tək o yox, Kiran Makenna, Maykl Karrik, Martin Pert, hətta Darren Fletçer də pis məşqçi deyildi. Onlar ən azı şans qazanmağa layiq idi. Amma futbol məhz bu cür oyundu. 2020-ci ildə derbidə ''Siti''ni mənim qolumla 1:0 məğlub etdik. Qvardiola oyundan sonra bir xeyli məndən danışmışdı və ondan tərif eşitmək xoş idi. ''Çelsi'' və ''Yunayted''in heyətində onun klublarına qarşı çox oynamışam. Amma mənim üçün unudulmaz matçların başında 2018-in aprelindəki Mançester derbisi gəlir. ''Siti'' bizi məğlub edəcəyi təqdirdə çempionluğu rəsmiləşdirəcəkdi və fasiləyə 2:0 üstün yollandılar. Mourinyo fasilədə bizə bunları dedi: Qulaq asın, onlar artıq çempionluğu təntənəli şəkildə qeyd etməyə hazırlaşırlar. Bizə isə təlxək gözü ilə baxırlar. Çıxın və təlxək olmadığımızı göstərin''. İkinci hissədə 3 qol vuraraq 3:2 qalib gəldik. Ən pis anım isə məşqçilərin qovulması ilə bağlıdı. Həm Mourinyo, həm də Sulşer qovularkən özümü günahkar hesab edirdim. Çünki mən də o komandanın bir parçası idim. Mourinyo həqiqətən də özəl bir insandı. Digərlərindən əsas fərqi ondadı ki, oyunçularla düzgün və gözəl münasibət qurmağı bacarır. Mourinyonu bir sözlə ifadə edə bilmərəm. Onun haqda az qala bir film də çəkə bilərəm. Çünki onunla bağlı hekayələrim, xatirələrim həddən artıq çoxdu. Getdiyi hər yerdə manşetlərə çıxır. Futbol Mourinyosuz həmin futbol deyil. Premyer-liqa onunla birlikdə daha maraqlı idi. O çempionatda çatışmayan məhz Mourinyodu. Premyer-liqa klublarından biri mütləq onunla anlaşmalıdı”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 Aprel 2025 23:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see354

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see229

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see226

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see222

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see220

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see220

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see215

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see210

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see209

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see206

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see193

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see191

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see190

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see190

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see190

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see187

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see183

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see183

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see177

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri