Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Mavi, mavi, masmavi... Bahar Bərdəlinin hekayəsi

Mavi, mavi, masmavi... Bahar Bərdəlinin hekayəsi

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kulis.az Bahar Bərdəlinin “Mavi, mavi, masmavi..." hekayəsini təqdim edir.


Professor Ağadadaş Balayev Arxiv idarəsindən çıxıb universitetə gedirdi. Gedirdi yox, qaçırdı. Mirişin sözü olmasın, tələsdiyindən maşın-marşrut gözləməyi belə düşünmürdü. Qorxurdu ki, iş vaxtını küçədə-tıxacda keçirsin. Odur ki, dabanına tüpürüb səkini almışdı əlinə. Arabir büdrəsə də, ayaqları dolaşsa da dayanmadan, nəfəsini dərmədən, türklər demiş, qoşaraq qaçırdı! Arxiv idarəsində də o qədər toz udmuşdu ki, hər iki dəqiqədən bir ya asqırır, ya da öskürürdü.

Xoşbəxtlikdən, Bakının daimi sakininə çevrilmiş dəli xəzrisi onun arxasınca düşmüşdü. Hərdən, küləyin köməyilə uçurdu da!.
Sağ əli şalvarının cibində idi. Səhər-səhər arvadının ona verdiyi beş manata qarovul çəkirdi. Küləyə etibar yox idi. Bu pula o, bir qutu yumurta və çörək almalıydı. Elə qaça-qaça fikirləşirdi ki, pulu necə xərcləsin ki, ondan çay içməyə də nəsə qalsın. Bir qutu yumurta üç manat, bir manata da çörək... Evə qayıdanda gedəcəyi iki marşrut da qırx qəpik. Yerdə qalan altmış qəpiyə çayı hardan tapacaqdı? Bax, əsl məsələ, əsas məsələ bu idi! İndi çayxanalarda çay yemək qiymətinəydi. Bir alternativ yol qalırdı - yumurtanın sayını azaltmaq. Düzdü, arvadınm xoşu gəlməyəcəkdi, ona yumurtadan yun qırxan deyəcəkdi. Amma, nə olsun, bu küləkli havada çay ki içə biləcəkdi!
Külək onun qaçmağına kömək eləsə də, arada mane də olurdu. Yoldan çox, külək yormuşdu onu. Nəfəsi kəsilirdi. Dayanacağa çatıb dərindən nəfəs aldı. Daha yeriməyə taqəti qalmamışdı. Oturacaqda əyləşdi, sonra da ürəyindən nələr keçdi... “İlahi, nolardı, bir uçan maşın, ya boşqab, ya xalça, ya zümrüd quşu... nəsə bir minik olaydı, onu qaldırıb Universitetin həyətində yerə salaydı. Yadına Molla Nəsrəddinin bir lətifəsi düşdü. Beləcə, yol gedib yorulan mollanın yanından bir atlı keçir. Molla onu görüb sevincək deyir:

- Atlı qardaş, mənim bu çuxamı da atın tərkinə al.

Atlı da təəccüblənir ki, bəs mən o çuxanı hara, kimə aparıb verəcəyəm?
Molla yazıq-yazıq atlıya baxıb gülümsəyir: - o cəhətdən narahat olma, qardaş, - deyir, mən özüm də çuxanın içində olacağam, evimin yerini göstərərəm...
Professorun universitetə gedəndə həmişə mindiyi avtobus sürətlə keçib dayanacaqdan xeyli məsafədə saxladı. Maşın dolu idi. Çox vaxt belə olurdu. Sürücü maşını ona görə uzaqda saxlayırdı ki, avtobusdan düşən olsun, amma minən olmasın.
Deyəsən, indi durub marşrutun dalınca qaçmalı olacaqdı. Arvadının hərdən ona sataşaraq işlətdiyi bir lətifə də vardı. Deyir, bir dəfə kasıb kişi səhər-səhər işə gedəndə avtobusa çata bilmir. Onun arxasınca qaça-qaça işə gedir.
Axşam arvadına sevinərək deyir ki, bilirsən, bu gün beş qəpik irəli düşmüşəm. ( o vaxtlar yol pulu beş qəpik idi). Arvad da başlayır deyinməyə:

- Fərsiz. Heç olmasa taksinin dalınca qaçardın, bir manat irəli düşəydin də!..
- Dadaş bala!!!
Yolu yarı, ömrü axır eləmiş professor qırx illik uzaqlıqdan, dağ kəndində həmişə çağrılan uşaqlıq adını eşidib ətrafına boylandı. Onu bu şəhərin mərkəzində kim belə çağıra bilərdi? Səs çox yaxın, çox tanış, doğma gəlirdi.
Bir anlıq yaddaşnı, uşaqlıq illərini vərəqləməyə başladı. Həmişə ağlağan, toz-torpaqlı, cırıq şalvara bükülmüş, geyinmiş yox, məhz bükülmüş Həmid gəldi gözünün önünə. Yox... o burda - Bakıda neyləyə bilərdi ki...
Dayanacaqda bir neçə qadın, uşaq vardı. Yan tərəfdə də bir “Cip” dayanmışdı. Sükan arxasından onlara tərəf baxan qalstuklu kişi də bank işçisinə, nəsə, iş adamına bənzəyirdi. Onun Həmidə heç bir oxşarlığı yox idi.
Professor əli ilə qulaqlarını, başını tutdu. Deyəsən havalanırdı! Hamısı yorğunluqdan, yuxusuzluqdandı!
Bu dəfə səs lap yaxından gəldi:
- Hə, Dadaşbala! - Axır ki, tapdım səni...Tutdum səni!
Professor Dadaş Balayev başını qaldırıb qarşısındakı kişini diqqətlə süzdü. Tünd göy rəngdə kostyum, mavi rəngli köynək geyinmiş, göy rəngli qalstuk taxmış orta yaşlı kişi təbəssümlə ona baxırdı. Deyəsən o, “Cip”dən düşüb gəlirdi. Görkəmindən, geyimindən, maşınından doğurdan da bankir idi. Professorun çevrəsində, iş yoldaşları arasında belə şəxs heç vaxt olmamışdı. Alim hara, “Cip” hara?!
- Nə fikrə getmisən? Tanımadın deyəsən? Avtobus gözləyirsən? Gəl, otur maşına aparım, çoxdandır ki, səni axtarırdım.
- Görünür, qismət bu günəymiş... Gəl, gəl, maşında danışarıq...
Professor elə yorulmuşdu ki, heç danışmağa, nəsə soruşmağa da halı-heyi qalmamışdı. Bir tərəfdən də susuzluq onu əldən-dildən salmışdı. Sakitcə ayağa qalxdı, kişinin arxasınca maşına tərəf getdi. Bankir ön tərəfdən qapını açıb onun minməsini gözləyirdi...
...Asfalt yollar indi professorun ayaqları altından şütüyüb keçirdi. Maşının içi bir bəzəkli, lüks otaq idi.
Kondisioneri işləyir, təmiz, yüngül hava üz-gözünü sığallayırdı, radioda müğənni zərif səslə onun sevdiyi, hərdən, bəxtəvər günlərində züm-zümə etdiyi mahnısı oxuyurdu:
Mavi, mavi, masmavi...
Gözləri boncuq mavi.
Bir gördüm aşiq oldum...
Bu, gələn kimin yarı?...
İlahi, şəhərimiz necə gözəlmiş! Küçələr.... necə şümşadmış! Sanki güzgüymüş!

- Hə, professor, necəsən? Tez-tez telekanallarda görürəm səni. Verilişlərdə camaata öyüd-nəsihət verirsən, yol göstərirsən. Ona görə tez tanıdım səni... Neçə ildi kənddən çıxdığm? Qırx il olar məncə. Hə-hə, bu il orta məktəbi qurtarmağımızm qırx illiyini keçirmək istiyirdilər bizim uşaqlar. Əslində bizim ağsaqqallar! 60 yaşı keçdik axı.
- Demək, mən səsindən düz tapmışam səni, Həmid, eləmi? - Nəhayət şokdan, yorğunluqdan ayılan professor dilləndi...
- Hə, düz tapmısan...
- Ay Həmid, mən bilən, sən kənddə qalmışdn. Sürücülük edirdin.
- Hə, o da düzdü...
- Bəs indi haralardasan, nə işləyirsən? Gözümə birtəhər dəyirsən ey... Bankirə oxşayırsan...
- O da düzdü, Dadaşbala! - kişi şəstlə güldü. - Etiraz eləmə, gəl gedək bizim bağa, uşaqlar ordadı. Bir tikə çörək yeyək, söhbət edərik...
- Mən işə dəyməliyəm axı...
- Dəyməsən nolacaq? Maaşını kəsəcəklər?
- Bəs necə! Hətta işdən çıxarmağa da kifayət edər...
- Nə danışırsan? Professoru da?
- Niyə də yox? İş-işdi də... Bir də yaş öz işini görür... Tez qocaldıq... Artıq biz yaşlı nəsil hesab olunuruq... İşdən çıxarmağa bəhanə axtarırlar.
- Arzun professor olmaq deyildi, balam? Olmusan də! Ta nə istəyirsən?
- Heç nə, indi sadəcə maaşımı istəyirəm, vəssalam...
- Sənin maaşına quzu kəsim, Dadaşbala! Əgər o maaşını mən beş dəfə artırsam, mənimlə işləyərsən? Vallah, hərdən elə darıxıram o uşaqlıq günlərimiz üçün, yoldaşlar üçün...
- Axı, sən harda işləyirsən? - Professor hövsələsiz şəkildə dilləndi.
- Gəl, indi deyərəm, - kişi maşını iri bir darvaza önündə saxlayıb, pultnan onu açdı. Həyətə keçdilər. Böyük hasarın içində yaşıl tala - Cənnətməkan! Professorun açıq qalmış ağzından su axırdı. Şortikli beş-altı yaşlı oğlan uşaqları qarşılarına yüyürdülər:
- Baba, kabab bişirəni gətirdin? Səhərdən nənəgil səni gözləyir, əti doğrayıb, duzlayıblar...
- Nənəgilə denən bizə samavar çayı süzsün. İndi kababı da çəkərik!
Uşaqlar evə qaçdılar. Kişi üzünü Dadaşa tutdu:
- Professor, gəl, əl-üzünü sərin quyu suyu ilə sərinlət...

***


... Professor yuxudan ayılanda səhər idi. Həmid uğunmuşdu:
- Dadaşbala, yüz qram araq içmisən ey. Bu qədər yatmaq olar?
Professor hələ də yuxulu idi:
- Mən hardayam?
- Sən Şüvəlanda, dənizin on metrliyində, mənim bağımdasan. Dünən gətirmişəm...
Professor yerindən qalxmaq istədi, bacarmadı:
- Vay, evdə uşaqlar indi necə narahatdılar! Mən onlara çörək alıb aparmalıydım...
- Xanımın zəng eləmişdi. Əhvalatı danışmışam, maşını da göndərmişəm, indi gələcək.
Professor dərindən nəfəs alıb, rahatlıqla yenidən yuxuya getdi. Bir azdan arvadının hər səhər deyindiyi səsinə ayıldı:
- Nə yatmısan, ay bəxtəvərin bədbəxt oğlu! Qalx görək! Hansı qüvvə səni vurub bu cənnətə salıb?
- Qəmərtac, sən babayın goru, dədəyin ruhu, öyrən gör, bu naxırçının oğlu harda işləyir?
- Sən bir yuxudan ayıl görək! Qırx ildə yemədiyini gərək bir gecədə yeyəydin? Yemək sənin deylidi, qarın ki sənin idi! Qarnının qədərini bilmirdin? Yetimə dedilər, ye, tapmazsan! Demədilər ki, az ye, çatdarsan!
- Ölsəm... qoy toxluqdan ölüm də...
- Ölməyin yeridi bəyəm?
- Həmid məni yanına işə dəvət edir...
- Hələ qəbul eləməmisən?
- Bilmirəm axı... harda işləyir... Mən bilən iş adamıdır...
- Yox bir, güc adamıdı! — Arvadı hikkəli-hikkəli yenə deyindi. —Neyniyirsən, ay evi yıxılmış, harda işləyir? Mən çatdıyajam, vallah, mən partdıyajam!... Beş yerdə işləyirsən, yol pulunun dərdindən işə piyada gedib gəlirsən! Ayda bir ayaqqabı dəyişirsən! Yol pulundan çox çıxır! Professor adamsan, özün də bilmirsən xeyirin hardadı!
- Qəmər.... Səni, “xuruşovkada” basdırım, villada axtarım... ürəyim çəkildi, de görüm bu ilxıçının oğlu...
- Naxırçının oğlu!
- Hə, naxırçının oğlu, harda işləyir?!
- Belə makler işləyir, nolsun?! Hə-hə! Makler! Ev alqı-satqısıynan məşğul olan makler! Razı qaldın?! Bakı kimi şəhərin göbəyində mənzilləri, dənizin qırağında neçə-neçə villaları, qoşa-qoşa “Cip”ləri!!! Nəvə-nəticələrinin də evləri hazırdı ey... Bir oğlunu ev dərdindən evləndirə bilmirsən, ay professor!
... Qəmərtac gözünü yumub, ağzını açmışdı... Qırx ildə deyə bilmədiklərini, indi danışırdı. Danışırdı yox, vulkan kimi püskürürdü!

***


... Qadın bir də ayıldı ki, kişi çoxdan yatıb. Xorultusu da villanı titrədir!
Və başa düşdü ki, professor yenə iş yerlərinə piyada gedəcək... Gedəcək yox, qoşaraq qaçacaq!!!
... Həyətdən - bağdan türk estradasının imperatoru İbrahim Tatlısəsin məşhur mahnısı yüksəlirdi:

Mavi, mavi, masmavi...
Gözləri boncuq mavi.
Bir gördüm aşiq oldum...
Bu, gələn kimin yarı?...

Dünya Saatçılıq Günü qeyd ediləcək Netanyahu rejissorları ölkəyə xəyanətdə günahlandırdı Ramana qəsrində muzey fəaliyyətə başladı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://kulis.az
archiveBu xəbər 08 Oktyabr 2026 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see627

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see601

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see597

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see495

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see452

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see411

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see381

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see380

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see342

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see334

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see331

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see323

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see318

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see317

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see312

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see310

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see307

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see301

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see299

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see281
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri