Icma.az
close
up
RU
“Mavi ekran”ımız 70 yaşında

“Mavi ekran”ımız 70 yaşında

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fevralın 14-ü Azərbaycan televiziyasının yarandığı gündür. Düz 70 il əvvəl - 1956-cı il fevralın 14-də sehrli “qutu”dan aktrisa Nəcibə Məlikova “Göstərir Bakı” deyərək tamaşaçıları salamlayıb. Sonra “Bəxtiyar” bədii filmi nümayiş etdirilib. Beləliklə, Azərbaycanda televiziya müntəzəm yayıma başlayıb. 

Media nəzəriyyəçisi Marşal Maklyuenin hələ ötən əsrdə dediyi o “qlobal kənd”in sakinləri özlərini hər gün yenilənən texnoloji mühitin ağuşunda görürlər. Amma illər öncə yaranmasıyla kütləvi kommunikasiya sisteminə səslə birgə görüntünü də gətirən televiziya indi də aktualdır, baxılır və cəsarətlə deyə bilərik ki, sevilir.   

Zaman və texnologiya televiziya yayımının həm formasında, həm də məzmununda köklü dəyişikliklər yaradıb. Əvvəllər televiziya müəyyən saatlarda izlənilən, ailəni ekran qarşısında birləşdirən klassik efir vasitəsi idi. Tamaşaçı maraq dairəsində olan verilişiproqramdan seçərdi, vaxtı gəlincə ekran qarşısında yerini rahatlayıb çayını udumlaya-udumlaya sevimli aparıcısına baxardı. Bu günün tamaşaçısı isə istədiyi vaxt, istədiyi yerdə, istədiyi cihazdan məlumat almaq istəyir.Texnoloji yeniliklər – smart televizorlar, internet yayımı, mobil cihazlar, müxtəlif platformalar – televiziya yayımını xətti modeldən qeyri-xətti modelə doğru aparır. Dəyişən tamaşaçı vərdişləri isə televiziya kanallarını daha qısa formatlar, dinamik montaj, vizual cəlbedicilik və multiplatform yayım barədə düşünməyə vadar edir.Nəticədə televiziya artıq təkcə “yayımlayan” yox, rəqabət aparan media oyunçusuna çevrilir.

Təbii ki, yeni medianın inkişafı ənənəvi mediaya təsirsiz ötüşməyib. Məzmun istehsalına sürət və çeviklik gəlib, indi mövzuların daha geniş və rəngarəng təqdimatı mümkündür, yeni formatların yaranması prosesi sürətlənir. Əvvəl əks əlaqə yalnız redaksiyaya zəng və ya tamaşaçı məktubları ilə qurulurdusa, bu gün auditoriya ilə birbaşa əlaqə, interaktivlik tamaşaçını verilişin sadəcə izləyicisi yox, iştirakçısı edir.

Amma bu üstünlüklərin yanında yeni media özü ilə dezinformasiya və yanlış xəbərlərin sürətli yayılması təhlükəsini də gətirir. Jurnalistikanın peşəkar standartlarının zəifləməsi, sensasiya və klik əsaslı yanaşmanın güclənməsi son nəticədə auditoriyanın mediaya olan etibarınışübhə altına alır. Ənənəvi media burada da öz nüfuzunu qoruyub saxlaya bilir. Yeni media ənənəvi medianı sıradan çıxarmır, lakin onu daha məsuliyyətli, daha çevik və daha yaradıcı olmağa məcbur edir.

Beləcə,televiziya da yeni mediaya uduzmur – sadəcə transformasiya olunur. Bu çox vacib məqamdır, çünkitarix boyu heç bir güclü media forması yenisinin – özündən daha güclüsünün təsirindən tam sıradan çıxmayıb, sadəcə formasını dəyişib.

Bu günün televiziyası sosial şəbəkələrdə aktivdir, proqramlarını YouTube və platformalarda yayımlayır, canlı yayımları paralel şəkildə onlayn təqdim edir. Yəni televiziya artıq təkcə “ekran” deyil, media ekosisteminin bir hissəsidir. Ənənəvi efir brendin – yəni telekanalın əsas vitrinidir, platformalar isə əsas istehlak mühitidir. 

Doğrudur, ənənəvi televiziya auditoriyasının əsas hissəsi yaşlı nəslin nümayəndələridir. Gənclər üçün televiziya birbaşa əsas informasiya mənbəyi olmasa da daha çox fon, seçilmiş proqram, sosial mediada paylaşılan fraqment rolunu oynayır. Gənclər televiziya məzmununu TikTok, Instagram, YouTube vasitəsilə qəbul edirlər. Əslində bu, televiziya üçün təhlükə deyil, yeni giriş qapısıdır.

Müasir tamaşaçı uzun və statik proqram izləmək istəmir, sürət, vizual keyfiyyət və məna axtarır, efirdə daha çox hekayə və insan taleyi görmək istəyir, televiziyadan etibarlı və yoxlanmış informasiya gözləyir.

Bəli, bütün bu yeniliklərin fonunda 70 yaşlı televiziyamızın hələ də nüfuz və etibar baxımından media sistemində lider olduğunu deyə bilərik.Çünkiənənəvi televiziyada peşəkar məsuliyyət var, redaksiya fəaliyyəti və hüquqi mexanizmlər mövcuddur, xəbər təsdiqlənir, faktlar ciddi yoxlanır, sonra yayımlanır. Sosial media sürətlidir, amma hər zaman etibarlı deyil. Böhran anlarında – müharibə, təbii fəlakət, siyasi hadisələr zamanı – insanlar yenə də televiziyaya üz tutur.Təkcə bir faktı vurğulamaq kifayətdir: Vətən müharibəsi günlərində dezinformasiyanın ayaq tutub yeridiyi dönəmdə yenə doğru məlumatın ünvanı məhz televiziyamız oldu.

Süni intellektin həyatımıza inteqrasiyası televiziya sahəsinə də sirayət edir. Montaj, altyazı, analitika, hətta kontent tövsiyəsi sahəsində süni intellektin imkanlarından istifadə olunur. Amma süni intellekt peşəkar jurnalisti hələ tam əvəz edə bilməyəcək. Çünki süni intellekt alətdir, etibar, empatiya və canlı ünsiyyət isə hələ də insana xasdır.

İndi Azərbaycan televiziyasının 70 yaşı tamam olur. Bu illər ərzində doğma televiziyamız öz sadiq tamaşaçılarının maraqlarına cavab verən yüzlərlə layihələr həyata keçirib, bir-birindən maraqlı proqramlar hazırlayıb.Ölkə teleməkanının formalaşmasında öz rolu olan ana televiziyamızda operativ xəbər buraxılışları ilə yanaşı, analitik, musiqili, əyləncəli və sənədli verilişlər yayımlanır. Gün ərzində yerli və xarici xəbərlər, aktual mövzuların müzakirəsi, maraqlı təhlillər izləyicilərə təqdim olunur. Bəzən tələbkar tamaşaçının umu-küsüsü ilə, bəzən də alqışlarla yola salıb illərini.Texnologiyanın inkişafı ilə paralel addımlayan televiziya öz sehrini hələ də saxlayır. Amma bu cazibə artıq sadəcə vərdişdən yox, məzmunun gücündən doğmalıdır. 

Televiziyanın gələcəyinə nikbin baxanlardanam. Teleproqram yaradıcıları gənclərlə eyni dildə danışmağı öyrənməli, texnologiyadan qorxmamalı, onu qəbul etməlidirlər. Əgər televiziya bu balansı qoruya bilsə, “sehrli qutu” sadəcə keçmişin yox, gələcəyin də mediası olacaq.

70 yaşın mübarək, Azərbaycan televiziyası!

Xatirə Hüseynova,

BDU, Jurnalistika fakültəsi

Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Fevral 2026 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see473

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see360

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see274

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see270

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see255

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see223

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see219

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see217

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see203

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see203

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see201

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see198

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see194

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see193

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see189

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see175

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see174

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see170

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri