Icma.az
close
up
RU
Menu

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

Mavi ekranlardan Milli Mətbuat Gününə baxış...

Mavi ekranlardan Milli Mətbuat Gününə baxış...

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

“Xəzərin sahilindən...” kitabı efirdə səslənmiş düşüncələrin gələcəyə ünvanlanan məktubudur.

Azərbaycan Milli Mətbuatının 151 illik tarixində söz heç vaxt sadəcə informasiya vasitəsi olmayıb. O, zamanın yaddaşı, cəmiyyətin vicdanı, xalqın mənəvi pasportu kimi yaşayaraq nəsildən-nəslə ötürülüb. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan bu müqəddəs yol bu gün də yeni müəlliflərin, yeni nəşrlərin və yeni ideyaların timsalında davam edir.

Bu mənada 22 İyul – Milli Mətbuat Günü sözə xidmət edən hər bir insanın öz fəaliyyətinə yenidən nəzər saldığı, keçilən yolu dəyərləndirdiyi bir gündür.

Məhz belə bir dövrdə işıq üzü görən “Xəzərin sahilindən...” kitabı da Azərbaycan televiziya jurnalistikasında uzun illər ərzində toplanmış mənəvi sərvətin yazılı yaddaşa çevrilməsi ənənəsidir.

On il əvvəl televiziya layihəsi kimi başlayan “Xəzərin sahilindən...” verilişi zamanla adi veriliş çərçivəsini aşaraq mədəniyyətin, elmin, ədəbiyyatın, incəsənətin, milli düşüncənin görüş məkanına çevrildi. Bu layihədə ölkənin tanınmış ziyalıları, alimləri, yazıçıları, sənət adamları, dövlət və ictimai xadimləri ilə aparılan söhbətlər efir üçün hazırlanmış proqramlar olmaqla həm də dövrün mənəvi portretini yaradan sənədli söhbətlər oldu.

Televiziya efiri sürətlə ötüb keçir. Veriliş yayımlanır, yaddaşlarda qalır, lakin zaman keçdikcə yeni xəbərlər, yeni proqramlar onu əvəz edir. Kitab isə fərqlidir. Kitab zamanı saxlayır. Oxucu istədiyi an ona qayıda bilir. Məhz buna görə “Xəzərin sahilindən..." kitabı efirdə səslənən fikirlərin ömrünü uzadan, onları gələcək nəsillərə çatdıran bir mənəvi körpü rolunu oynayır.

Bu kitabın səhifələrində Azərbaycan ziyalısının düşüncəsi, həyat fəlsəfəsi, milli kimliyi, vətən sevgisi, elmə və sənətə münasibəti yaşayır. Hər söhbət bir insan taleyini, bir ömür məktəbini oxucuya təqdim edir.

Bu gün informasiya bolluğu dövründə yaşayırıq. Sosial şəbəkələr saniyələr ərzində minlərlə məlumat yayır. Lakin sürətlə yayılan hər informasiya dəyər yaratmır. Dəyər yaradan düşünülmüş sözdür. Məsuliyyətlə deyilən fikirdir. Mədəniyyətə xidmət edən qələmdir.

Milli mətbuatın əsas missiyası da məhz budur – cəmiyyətin intellektual inkişafına xidmət etmək, milli-mənəvi dəyərləri qorumaq, doğru informasiyanı peşəkarlıqla təqdim etmək...

“Xəzərin sahilindən...” layihəsinin ideyası da illər boyu bu missiyaya söykənib. Verilişdə qonaq olan hər bir şəxs Azərbaycanın ictimai fikir tarixində öz izi olan insanlardır. Onların fikirlərinin kitab şəklində toplanması isə mənimlə bərabər bütövlükdə milli media dostlarım üçün məlumat mənbəyidir.

Bu gün Milli Mətbuat Gününü qeyd edərkən jurnalistikanın gələcəyindən danışırıq. Gələcək isə yalnız texnologiya ilə müəyyən olunmur. Gələcəyi formalaşdıran əsas amil peşəkarlıq, məsuliyyət və mənəvi dəyərlərə sədaqətdir. Çünki informasiya dəyişə bilər, platformalar dəyişə bilər, amma sözün məsuliyyəti heç bir zaman dəyişmir.

“Xəzərin sahilindən...” kitabı bu məsuliyyətin yazılı ifadəsidir. O, televiziya ekranından kitab səhifələrinə uzanan bir yolun nəticəsidir. Bu yolun hər dayanacağında insan, ziyalılıq, milli yaddaş və Azərbaycan sevgisi dayanır.

22 İyul – Milli Mətbuat Günündə “Əkinçi”nin işığından başlayan ənənəni xatırlayarkən bir həqiqət də aydın görünür: söz yaşadıqca mətbuat yaşayacaq, mətbuat yaşadıqca isə xalqın yaddaşı yaşayacaq.

Bu mənada “Xəzərin sahilindən...” kitabı efirdə səslənmiş düşüncələrin gələcəyə ünvanlanan məktubudur. Azərbaycan jurnalistikasının yazılı yaddaşına əlavə olunan yeni bir səhifədir. Və bu səhifənin Milli Mətbuat Gününün mənəvi ovqatı ilə üst-üstə düşməsi xüsusi rəmzi məna daşıyır.

Sözün ömrü müəllifindən uzun olur. Mətbuatın gücü də məhz bundadır. O, zaman keçir, nəsillər dəyişir, amma həqiqəti, düşüncəni və milli yaddaşı yaşatmağa davam edir.

Qələmimiz iti, gözümüz aydın, simamız nurlu olsun, dəyərli söz yoldaşlarım!

Fəxriyyə Lilpar İsayeva

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, "Xəzərin sahilindən..." tele-layihəsinin müəllif və aparıcısı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://525.az
archiveBu xəbər 22 İyul 2026 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see318

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see316

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see303

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see297

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see296

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see293

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see292

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see291

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see283

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see283

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see258

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see257

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see254

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see253

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see248

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see247

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see243

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see242

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see239

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri