Icma.az
close
up
RU
Maya Sandu: Rusiya Kişineuda hakimiyyəti ələ keçirmək üçün parlament seçkilərinə müdaxiləyə cəhd edib

Maya Sandu: Rusiya Kişineuda hakimiyyəti ələ keçirmək üçün parlament seçkilərinə müdaxiləyə cəhd edib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kişineu, 1 oktyabr, AZƏRTAC

Sentyabrın 28-də keçirilən parlament seçkilərində Moldova Respublikasının vətəndaşları səs verməklə Rusiyanın təzyiqlərinə tab gətirmək və öz iradələri ilə inkişaf yolunu davam etdirmək bacarıqlarını nümayiş etdiriblər.

AZƏRTAC xəbər verir ki, bunu “Moldova 1” ictimai televiziya kanalında Prezident Maya Sandu bildirib.

Dövlət başçısının sözlərinə görə, Rusiya Kişineuda hakimiyyəti ələ keçirmək və Moldova Respublikasından Avropa İttifaqına qarşı istifadə etmək məqsədilə seçkilərə müdaxiləyə cəhd edib.

"Moldova Respublikası kiçik bir ölkədir, bizim heç bir metalımız və ya digər əsas resurslarımız yoxdur. Rusiya bizə nəzarət etmək istəmirdi, əsas məqsəd Avropa İttifaqı idi. Moldova sadəcə olaraq Avropa İttifaqına zərər verən platforma idi", - deyə Maya Sandu vurğulayıb.

Prezident qeyd edib ki, moldovalıların vicdanlı və cəsarətli səsverməsi Moskvaya birbaşa cavab və digər postsovet dövlətləri üçün nümunədir. "Bu cavabımız, vicdanlı səsimiz və göstərdiyimiz cəsarətlə göstərdik ki, müqavimət göstərə bilərik və Moldovada qərarlar ölkə daxilində qəbul edilir. Əminəm ki, Rusiyanın suverenliyini nəzarətdə saxlamağa və məhdudlaşdırmağa cəhd etdiyi keçmiş Sovet İttifaqının digər ölkələri də bizdən nümunə götürəcəklər", - deyə dövlət başçısı bildirib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Oktyabr 2025 00:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see224

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see208

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see206

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see157

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see145

Ədəbiyyat və publisistikamızın unudulmaz siması

14 Noyabr 2025 12:07see144

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see141

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see140

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see140

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see139

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see139

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see137

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see137

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see136

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see134

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see133

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see130

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see130

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see130

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

15 Noyabr 2025 00:07see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri