Icma.az
close
up
RU
Mayami Deyddə mayın 28 i “Azərbaycanın Müstəqilliyi Günü” elan olunub

Mayami Deyddə mayın 28 i “Azərbaycanın Müstəqilliyi Günü” elan olunub

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-nin Florida ştatının Mayami-Deyd dairəsində 2025-ci ilin 28 may tarixi Azərbaycanın Müstəqillik Günü elan olunub.

"Ölkə.az" “Report”a istinadla xəbər verir ki, bu barədə Mayami-Deyd dairəsinin meri Daniella Levin Kava və Komissarlar Şurasının sədri Entoni Rodriges bəyannamə imzalayıb.

Sənəd ABŞ-nin Florida ştatının Mayami şəhərində fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının sədri Töhfə Eminovaya təqdim olunub.

Bəyannamədə 2006-cı ildən bəri Töhfə Eminovanın səyləri ilə qurulan Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası barədə geniş məlumat verilib, təşkilat üzvlərinin Mayami-Deyd bölgəsinin mədəni müxtəlifliyinə və mədəniyyətlərarası anlaşmanın inkişafına verdiyi töhfə vurğulanıb.

Sənəddə qeyd olunub ki, dünyada 46 milyondan çox azərbaycanlı yaşayır və onlar hər il 28 May tarixini - Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə qurulmasının ildönümünü qeyd edirlər.

Azərbaycan Xalq Cümhuriyyəti universal seçki hüququ verən ilk dövlətlərdən biri olmuş və o dövrdə ABŞ da daxil olmaqla digər demokratik dövlətlər tərəfindən tanınmışdır.

Proklamasiyada mer və Komissarlar Şurasının üzvləri 28 mayın tarixi əhəmiyyətini və Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında möhkəm dostluq bağlarını qeyd ediblər.

“Mayami-Deyd dairəsinin bütün vətəndaşlarını Azərbaycan xalqının zəngin töhfələrini birlikdə qeyd etməyə çağırırıq,” - proklamasiyada bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:232
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 May 2025 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri