Icma.az
close
up
RU
Maye sabun, yoxsa bərk sabun: seçim edərkən nələrə diqqət etməliyik?

Maye sabun, yoxsa bərk sabun: seçim edərkən nələrə diqqət etməliyik?

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əl və bədən gigiyenasında ən çox istifadə olunan vasitələrdən biri sabundur. Son illərdə maye sabunların istifadəsi geniş yayılsa da, ənənəvi bərk sabunlar da öz aktuallığını qoruyub saxlayır. Bu səbəbdən istehlakçılar arasında tez-tez "Maye sabun daha yaxşıdır, yoxsa bərk sabun?" sualı yaranır. Mütəxəssislər bildirirlər ki, bu suala qəti şəkildə bir məhsulun xeyrinə cavab vermək düzgün olmazdı. Çünki hər iki növ sabunun üstün və zəif tərəfləri var.

Araşdırmalar göstərir ki, əllərin sabunla düzgün yuyulması bir çox infeksion xəstəliklərin yayılma riskini əhəmiyyətli dərəcədə azaldır. Bununla belə, istifadə olunan məhsulun tərkibi və dəriyə təsiri də vacib amillərdən hesab olunur.

Mövzu ilə bağlı fikirlərini bölüşən həkim-dermatoveneroloq Nigar Abdullayeva  bildirir ki, sabun seçərkən ilk növbədə dərinin tipi nəzərə alınmalıdır.

Onun sözlərinə görə, bəzi bərk sabunlar yüksək qələvi tərkibə malik olduğundan dərinin təbii qoruyucu baryerini zəiflədə və quruluğa səbəb ola bilər: "Xüsusilə quru və həssas dəriyə malik insanlarda tez-tez istifadə olunan aqressiv tərkibli sabunlar dartınma hissi, qabıqlanma və qıcıqlanma yarada bilər. Bu baxımdan nəmləndirici komponentlərlə zəngin məhsullara üstünlük verilməsi tövsiyə olunur."

Maye sabunların isə əsas üstünlüyü onların daha gigiyenik istifadəsidir: "Maye sabun dispenser vasitəsilə istifadə edildiyi üçün məhsula birbaşa təmas azalır. Xüsusilə ictimai yerlərdə bu amil mühüm əhəmiyyət daşıyır. Bundan başqa, bir çox maye sabunların tərkibinə qliserin, aloe vera və digər nəmləndirici maddələr əlavə edilir ki, bu da dərinin yumşaqlığını qorumağa kömək edir." 

Mütəxəssisin qənaətinə görə, maye sabunlar gigiyenik istifadə baxımından müəyyən üstünlüklərə malik olsa da, bərk sabunlar da düzgün saxlanıldığı və keyfiyyətli olduğu halda təhlükəsiz hesab edilir və dərinin təmizliyini effektiv şəkildə təmin edir. Bundan əlavə, bərk sabunlar daha az plastik qablaşdırma tələb etdiyi üçün ekoloji baxımdan daha əlverişli seçim sayılır. 

Həkim vurğulayır ki, məhsulun maye və ya bərk olması qədər onun tərkibi də vacibdir: "Bəzən insanlar bahalı və ya məşhur məhsulların daha faydalı olduğunu düşünürlər. Halbuki əsas meyar məhsulun tərkibidir. Güclü ətirləndiricilər, boyalar və bəzi kimyəvi əlavələr həssas dəridə allergik reaksiyalara səbəb ola bilər." 

Dermatoveneroloq onu da qeyd etdi ki,  uşaqların dərisi daha həssas olduğu üçün onların yaşına uyğun, xüsusi hazırlanmış sabunlardan istifadə etmək vacibdir. Belə məhsullar dərini yumşaq şəkildə təmizləyir, təbii nəmlik balansını qorumağa kömək edir və qıcıqlanma riskini azaldır. Mütəxəssis valideynlərə sabun seçərkən tərkibində güclü ətirləndiricilər, boyaq maddələri və aqressiv təmizləyici komponentlər olmayan məhsullara üstünlük verməyi tövsiyə edir.

Beləliklə, sabun seçərkən əsas məsələ onun maye və ya bərk olması deyil. Əsas diqqət məhsulun tərkibinə, dərinin ehtiyaclarına və düzgün istifadə qaydalarına yönəldilməlidir. Mütəxəssislər hesab edirlər ki, düzgün seçilmiş sabun həm gigiyenanı təmin edir, həm də dərinin sağlamlığını qorumağa kömək edir.

Nurəngiz Adilqızı

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 İyun 2026 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see304

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see282

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see277

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see269

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see264

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see255

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see251

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see244

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see243

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see237

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see236

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see236

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see221

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see219

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see215

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see210

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see210

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see204

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see201

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri