Icma.az
close
up
RU
Mayor Abdullayev:İlk şəhid kursantlara Həsənrizdə abidə ucaldılmalıdır

Mayor Abdullayev:İlk şəhid kursantlara Həsənrizdə abidə ucaldılmalıdır

Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bir dəfə müstəqil Azərbaycanın Ali Hərbi Məktəbinin ilk kursantlarından biri olan  leytenant Yalçın Zeynalovun  müstəqillik dövrünün ilk şəhid kursantları ilə bağlı çıxışını oxumuşdum. Deyirdi ki,  Ali Hərbi məktəbə qəbul olduğumuz dövr 1991-ci il SSRİ-nin süqutu ərəfəsinə təsadüf edirdi. Müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanda ilk hərbi and içən zabitlər də biz olduq. Ümumqoşun fakültəsində oxuyurduq. 2-ci kursun 1-ci semestri bitəndən sonra tətilə yox, birbaşa döyüş bölgəsinə - Ağdərəyə yolla düşdük. Sevincli idik...Çünki vətən torpaqlarının keşiyində durmaq çətin və şərəfli hərbçi peşəsinə sahib olub və gələckdə zabit olacaq biz kursantların əsas vəzifəsi idi".

Oxucularımızın bir çoxunun əlbəttəki bu hadisədən xəbəri yoxdur. Bu fakt hansı səbəblərdən bilmirəm, geniz oxucu kütləsinə ətraflı çatdırılmayıb. Ümumiyyətlə bu mövzunu 1-2 anım günü tədbiri kimi mediada işıqlandırıb, vəssalam... 

 Odur ki, bu gün həmin mövzuya yenidən qayıtmağı özümə borc bilirəm...

Həmsöhbətim isə   BAÜKM  məzunu, II qrup Qarabağ mühariəsi əlili, mayor Bakir Abdullayevdir.

- Zaman o zaman idi ki, Rusiya hərbi birləşmələri Ermənistan hərbi birləşmələri ilə birlik olub cəbhə xəttində , Qarabağın ən qaynar nöqtələrində irəliləyirdi. Bəli, bizimlə tək ermənilər döyüşmürdü. 70 il dünyaya hökm edən, böyük orduları, ölkələri diz çökdürən SSRİ-dən miras qalmış Rusiya ordusu idi. Xatırlayırsınızsa,  keçmiş sovet ordusundan Rusiyaya miras qalan,  Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayı?Qaradağlı, sonra isə Xocalı soyqırımının müəllifi idi.  9 ədəd T-72 tankı, 5 ədəd BTR-70 döyüş maşını, 49 ədəd BMP-1 və 28 ədəd BMP-2 piyada döyüş maşını,5 ədəd BRM-1k döyüş texnikası
Bu hərbi texnika ilk dəfə 6 mart 1992-ci ildə Azərbaycan Ordusunun Əsgərana hücumunun qarşısını almaq üçün istifadə olundu. Alayın tərkibində xidmət edən 22 zabit daxil olmaqla 180 əsgər erməni separatçılarının tərəfində döyüşmək üçün Qarabağda qaldı. Onların arasında Ermənistanın gələcək Müdafiə naziri Seyran Ohanyan da var idi. Bax belə bir zamanda vətən in dar günündə Vətən "oğul" deyə haraylayır, kömək istəyirdi.

 - Həmin dövrdə  Ali Hərbi Məktəbə daxil olan bütün azərbaycanlı oğullar cəbhədə daha böyük uğur qazanmaq, vətənə daha dayanıqlı , peşəkar müdafiəçi olmaq üçün oradaydı.Cəbhə bölgəsinə getmək döyüşmək İstəyimiz idi.1993-cü ilin 13 fevralı- soyuq qış günlərindən biri idi. Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin (BAÜKM)kursantları həyəcan siqnalı vasitəsilə ayağa qaldırıldı. Bir anda bütün kursantlar məktəbin həyətində "farağat” komandasında düzüldülər. Yüzlərlə kursantların içərisindən yalnız 62 nəfər boy-buxunlu, xüsusi hazırlıqlı seçmə kursantlar seçildi. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin baş qərargah rəisinin əmri ilə döyüş bölgəsinə- Ağdərə rayonuna, oradan isə Aterk (Həsənriz) yaşayış məntəqəsinə göndərildi. Həmin kursantlar biz idik.

 -13 fevralda Ağdərə rayonu İmarət Qərvənd kəndi uğrunda kursantların göstərdiyi rəşadətdən, canları bahasına verdikləri mübarizədən, döyüşün gedişi haqqında şahid olaraq nələri xatırlayırsınız? 

- Baxmayaraq, aradan  32 il keçib. Maraqlıdır ki, ötən il, ondan əvvəlki illəri xatırlamaqda əziyyət çəksəmdə  o məlum günü , Ağdərəyə getdiyimiz günü ən xırda detalına qədər unuda bilməmişəm. Sizin cəbhə ilə, rus ordusu ilə bağlı fikirlərinizə qatılıram və biz sonradan, çox sonradan bildim ki,  Ağdərə cəbhə bölgəsində yaranmış acınacaqlı döyüş vəziyyətindən hali olan ölkə rəhbərliyi, 13 fevral 1993-cü il tarixində səhər saat 7 iradələrində Milli Qvardiyanın şəxsi heyətini ölkə prezidenti Əbülfəz Elçibəyin birbaşa göstərişi ilə həyəcan siqnalı ilə ayağa qaldırılmışdı. Onda biz gənc idik və elə bilirdik ki, qarşımızda heç bir texnika duruş gətirə bilməz, döyüşün necə olacağını düşünmədən sevinirdik! Elə düşünürdük ki, Allah səsimizi eşidib, bizim cəbhəyə "qapımız"ı açıb. 

Qarabağla- Ağdərə ilə tanış olmayanlara bildirirəm ki, kursantların yerləşdiyi Həsənriz kəndi milli ordumuzun, (ortada olan İmarət Qərvənd kəndi neytral zona) Vəng kəndi isə Ermənistan Silahlı bölmələrinin əlində idi. Biz  ermənilərin adını Aterk qoyduğu Həsənrizə çatdıq və 14 fevral səhər tezdən bizə hara getdiyimiz haqqında məlumat verilmədən yük maşınlarına doldurulduq.

- Müharibənin dəhşətini nə vaxt anladınız?

Kəlbəcərə gedən yolla Vəngə tərəf yola düşdük. Düz İmarət Qərvəndə çatana qədər heç bir maneyə rast gəlmədik. Amma kəndin aşağı hissəsinə çatarkən ( əvvəlcədən hesablanmış oriyentlərə uyğun olaraq avtobus dayanacağı) 120-mm mina atanlardan 6 ədəd atəş açıldı və 3 maşınımız dəqiqliklə vuruldu. Maşınların biri ərzaq, digər ikisi isə şəxsi heyət daşıyan yük maşını idi. Qəfil həmlədən özümüzü itirmədik. Ətrafa səpələnmiş 8 şəhid , 15 yaralı kursantı atəş altından çıxara bildik. Bir nüansı heç unuda bilmirəm. Şəhid və yaralıları döyüş meydanından xeyli aralı bir əraziyə, arxadan gəldiyi üçün vurulmamış maşına daşıyırdıq. Minalar ətrafımızda partlayır, avtomat güllələri başımızın üstündən uçuşurdu. Bu ərazidə çox qalmaq da yeni bir itki demək idi. Elə həmin vaxt şəhid kursant Emil İsmayılovu yolun uzaq və qarlı olduğundan aparmaq mümkün deyildi. Emil hamımızdan həm hündür idi, həm canlı. Ayaq üstə duranda elə bilirdin başının üstündə bir dağ dayanıb. Yorulmuş, həyəcanlamışdıq . 2 ildi, necə deyərlər, bir qabdan yemək yediyimiz, bir otaqda yatdığımız dostlarımızın cansız , qana bulanmış cəsədlərini daşımaq mənəvi əzab idi. Belə bir vaxtda Emilin nəəşini qarda sürümək də alınmırdı. Üstünü ağaclarla, qurumuş yarpaqlarla örtük ki, tezliklə geri gəlib Emili də əzizlərinə təhvil verək. Sonralar başımıza gələn hadisələrə görə, o yerə bir daha dönə bilmədik. Bilmirəm, bəlkə də indi də Emilin nəşi kimi ruhu da yolumuzu gözləyir”.

(Müsahibim xeyli susdu. Başını əlləri içərisinə aldı. Xeyli elə beləcə durdu. Səsi kallaşmışdı. Bəlkə də qəhər danışmağa manə olurdu. Amma özünü ələ alıb yenidən söhbətinə başladı):

- Yerdə qalan qüvvə ilə İmarət Qərvəndin müdafiəsini təşkil eləməyə çalışırdıq. Düz 10 gün orda qaldıq. Bizim bölük kənddə döyüş əməliyyatlarında ciddi tapşırıqlar yerinə yetirir, qarşı tərəfin hücumlarının qarşısının alınmasında xüsusi rol oynayırdı. İtki vermədən döyüşürdük. Qeyri- bərabər döyüş, hər dəqiqə gözlədiyimiz amma arxamızca gəlməyən əlavə qüvvə və zəiflədiyimizi hiss edən qarşı tərəfin güclü həmlələri ...Artıq düşmən qüvvələri cəsarətlənmişdi.

Döyüşün ən qızğın vaxtında qərargahla bütün əlaqələrimiz itdi. Eyni hərbi geyimlə təmin olunmuş erməni və azərbaycanlı əsgərləri bir-birindən ayırmaq cətinləşdi.. Haranı vurmaq, hansı tərəfi atəşi tutacağımızı bilmədik. Bizim əraziyə nəzarət etdiyimiz yüksəkliyin ətrafı hərbi transpartyorlarla, tank və PDM-lərlə mühasirəyə alındı.

- Dəhşət... əndəhşətlisi isə taleyin ümidinə buraxılmış kursantların köməyinə gələn yox idi...

-Elə bir kritik durum yaranmışdı ki, nə qərar verəcəyimizi də bilmirdik. Üstə gəl, mənfi 10-15 dərəcə şaxta, sıldırım qayalıqlar, gəldiyimiz yolda isə düzülmüş erməni əsgərləri…Anladıq ki, mühasirəyə düşmüşük və bu "ölüm-qalım” məngənəsindən çıxmaq hərbçi soyuqqanlığı tələb edir. Odur ki, ayın 24-də mühasirəni yarıb keçmək üçün iki dəstəyə ayrıldıq. Birinci dəstə 12 nəfərdən ibarət qrup Kəlbəcər istiqamətində, (sonradan bildik ki. həmin dəstədən də 4 kursantımız şəhid olub) qalanları isə Tərtər çayı boyunca üzü aşağı - Sərsəng Su Anbarına tərəf getməyə qərarlaşdırdıq.

Anlayırdıq ki, qurtulmağımızın yolu ancaq dağlardan enib Tərtər çayı boyunca irəliyə-çayın axarı tərəfə getməkdir . 2 gün dağlarda həm üstümüzə hücuma keçən ermənilərlə döyüşdük , həm uşaqları sağ-salamat geri qayıtması üçün qarla-şaxta ilə, sıldırımlı yollarla mübarizə apardıq. Çəkməm ayağımdan cırılıb çıxmışdı. Sol ayağımı don vurmuşdu. Gödəkçəmin qolunu cırıb ayağıma bağladım ki, şaxtada donub qalmayım, uşaqlarla mənzilbaşına sağ –salamat çatdıq. Düzdü həmin döyüşdə 8 kursantı itirdik. Amma ermənilərin gələcəkdə hərbi zabit kimi püxtələşəcək o biri kursantları tamamilə məhv eləmək planın baş tutmasına imkan vermədik. Mühasirədən çıxdıq. Beləliklə, üç həftəlik döyüş əməliyyatlarının ilk günlərində 8 kursant şəhid oldu. Döyüşlərin son günlərində isə komandirimiz və daha 4 kursant yoldaşımız şəhidlik zirvəsinə ucaldı. Bundan təqribən bir il sonra bizim kurs rütbə alaraq məzun oldu və yenə də döyüşlərdə iştirak etdi. 1994-cü il döyüşlərində 4 tələbə yoldaşımızda zabit olaraq Şəhid oldular.

- Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində 2023-cü il  avqust ayında İmarət Qərvənd, sentyabrın 20-də  Həsənriz kəndi Azərbaycanın nəzarətinə qayıtdı...

-  Təəssüf ki, bəzi səbəblərdən hələ də o ərazilərə gedə, 32 il əvvəl canımızı fəda etdiyimiz yurdları görə bilməmişəm. Amma yaxın günlərdə gedəcəyəm. Fürsət düşmükən, dövlət başçısı , Ali Baş Komandana buradan bir xahişimi də çatdırmağı da özümə borc bilirəm! Cənab Komandan, 1993-cü ilin fevralında Həsənrizlə İmarət Qərvəndin müdafiəsində şəhid olmuş kursant yoldaşlarımızın  xatirəsini əbədiləşdirilməsi üçün (o kəndlərin hansında istərsiniz) bir monumental abidə kompleksi tikilməsini sizdən xahiş edirəm. 

Onların müqəddəs xatirəsi unudulmamalıdır! Bu gün həmin fevraldan, həmin döyüşlərdən sağ çıxa bilən bütün kursant yoldaşlarım adından şəhid kursantlarımızı ehtiramla anıram və onlara Allahdan rəhmət diləyirəm ! Əziz dostlarım biz-keçmiş kursantlar sizi unutmadıq, hər zaman yanımızda, yadımızda oldunuz! Ruhunuz qarşınızda baş əyirik!

Şəhid kursantlar:

:

Kapitan Rəhimov AydınLeytenant Hacıyev NizamiLeytenant Həmidov ElşadLeytenant Məmmədov ElçinLeytenant Quliyev Cavid.Kursant Əbdullrəhmənov ƏbabilKursant Əyyubov FuadKursant Əmiraslanov İlqarKursant Əsədov AfiqKursant Şirinov VüqarKursant Hüseynov AydınKursant İsmayılov EmilKursant Mehdiyev EldənizKursant Məmmədov SərvanKursant Məmmədov YalçınKursant Pirimov SəlimKursant Seyidov Okean

Söhbətləşdi Əntiqə Rəşid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://adalet.az
archiveBu xəbər 13 Fevral 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1224

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see190

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see167

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see128

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see125

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see118

GÖYÇAY SAKİNLƏRİ ÖRÜŞ SAHƏSİNDƏ SÜNİ GÖL YARADILMASINA ETİRAZ EDİR “İstifadə etməyə su tapmırıq” / Foto

16 İyul 2025 15:32see115

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see113

Bu il 100 yeni dövlət standartı qəbul edilib

16 İyul 2025 16:13see113

İrəvan imtina edir, yoxsa..?

16 İyul 2025 15:43see112

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see112

Livan druzlarının lideri: İsrail Suriyada xaos yaratmaq üçün bəzi druzlardan istifadə edir

16 İyul 2025 18:50see112

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see112

Ukraynaya veriləcək silahlar məlum oldu “NYT” detalları açıqladı

16 İyul 2025 10:54see111

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see111

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see111

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see111

Bakıda bu əraziyə sahib çıxan yoxdur Video

16 İyul 2025 14:01see110

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see110

Taxıl biçini: hansı problemlər var?

16 İyul 2025 23:26see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri