Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rus stəndapçısı Filipp Voronin qeyd edib ki, əgər amerikalı aktyor Uill Smit bacarmasa, o, filmdə dördqat “Böyük Dəbilqə” çempionu və dünyanın 2-ci raketkası, italiyalı Yannik Sinneri canlandıra bilər.
İdman.Biz xəbər verir ki, Voronin sosial şəbəkədə bu barədə yazıb: “Uill Smit bacarmasa, mən Yannik Sinner rolunu oynamağa hazıram”.

Sinner daha əvvəl Smitin onu filmdə canlandıra biləcəyini qeyd etmişdi.
Rus aktyor Sinnerin Uimbldon-2025-in çempionu titulunu qazanarkən çəkilmiş fotosunun üzərinə özünün fotoşopla çəkilmiş şəklini yerləşdirib və bununla da italyanın təklifini qəbul etdiyinə işarə edib.
Bu həftə Yannik Sinner Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən “Six Kings Slam” sərgi turnirində çıxış edir. O, finalda dünyanın 1-ci raketkası, ispaniyalı Karlos Alkarasla qarşılaşacaq.


