Mbappe: “Bəlkə də “Qızıl top” üçün mənim uğurlu ilimdir”
Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Real”ın hücumçusu Kilian Mbappe 2026-cı il “Qızıl top” mükafatını qazanmaq şanslarını dəyərləndirib.
QOL.az spaniya mətbuatına istinadən xəbər verir ki, fransalı futbolçu bu barədə Çempionlar Liqasının əsas mərhələsində “İnter”lə oyun öncəsi keçirilən mətbuat konfransında danışıb.
“Bu yay ən nüfuzlu turnirdə tarix yazdım, amma yol hələ uzundur. Bəlkə də “Qızıl top” baxımından mənim üçün uğurlu il olacaq. Lakin səsverməni jurnalistlər keçirir və qərar onların əlindədir. Mən isə sadəcə ən yaxşı oyunumu göstərməyə köklənmişəm”, - deyə Mbappe bildirib.
Qeyd edək ki, Mbappe 2026-cı il dünya çempionatında 10 qolla turnirin bombardiri olub. O, bununla Gerd Müllerin 1970-ci ildəki göstəricisini təkrarlayıb və dünya çempionatlarında iki dəfə bombardir olan ilk futbolçu kimi tarixə düşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 07 Sentyabr 2026 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















