Mbappeni oğurlamaq istəyiblər dəstənin planı üzə çıxdı
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Fransada artıq quldurluq ittihamları ilə həbs olunan 18 yaşlı Kleman adlı şəxs 2026-cı ilin aprel-avqust aylarında bir sıra qarət və insan oğurluğu cəhdlərinin təşkilində şübhəli bilinir. Dəstənin hədəfləri arasında biznesmenlər, məşhur repçi, eləcə də “Real Madrid” və Fransa millisinin hücumçusu Kilian Mbappe olub.
İdman.Biz “Le Parisien” nəşrinə istinadən xəbər verir ki, Klemana avqustun 21-də mütəşəkkil silahlı quldurluq ittihamı irəli sürülüb. Sentyabrın 2-də keçirilən apellyasiya iclasında prokurorluğun nümayəndəsi onun “məşhur repçi və futbolçu ilə bağlı yeni işə qarışdığını” bildirib.
Qəzetin mənbəsinin sözlərinə görə, dəstənin başçısı həbsxanadan telefon vasitəsilə əlaltılarına göstərişlər verib. Polis tərəfindən müsadirə edilən telefonlarda varlı müğənnilər, futbolçular və biznesmenlərə məxsus 26 ünvan aşkarlanıb. Onların arasında Mbappenin də ünvanı olub.
Məlumata görə, Klemanın əvvəllər narkotiklərlə əlaqəli cinayətlər və zor tətbiq etməklə quldurluq işi üzrə də məhkumluğu olub.
Qeyd edək ki, Mbappe 2024-cü ildən “Real Madrid”də çıxış edir. O, 2026-cı il dünya çempionatında Fransa millisinin heyətində 58-ci qolunu vuraraq dünya çempionatları tarixində komandasının ən məhsuldar futbolçusuna çevrilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 02 Sentyabr 2026 18:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















