Icma.az
close
up
RU
Mbappeni yerin dibinə soxdular: Heç Azardan da güclü deyil

Mbappeni yerin dibinə soxdular: Heç Azardan da güclü deyil

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Çempionlar Liqasında əsas mərhələnin 5-ci turuna yekun vuruldu.

Turun böyük səbirsizliklə gözlənilən duelində ''Liverpul'' 2:0 hesabı ilə qalib gələrək ''Real''a qarşı 8 oyunluq qələbəsiz seriyaya son qoydu. ''Liverpul'' 5-ci oyunda 5-ci qələbəsini qazandı və əsas mərhələdə xal itirməyən yeganə komandadı. '
"Real''ın durumu isə fanatlarını narahat etməyə bilməz. ÇL-in son qalibi statusunda olan komanda 5-ci oyunda 3-cü dəfə uduzdu. Madrid nəhəngi hazırda 6 xalla 24-cü pillədə qərarlaşıb və pley-off zonasından kənar qalmaq təhlükəsi ilə üzləşib.
''Real''ın heyətində növbəti zəif oyununu keçirən Kilian Mbappe xüsusilə penalti qaçırmaqla antiqəhrəmana çevrildi. Onun 62-ci dəqiqədə hesab 1:0 olarkən yerinə yetirdiyi penaltini meydan sahiblərinin qapıçısı Kelleher dəf etməyi bacardı. Fransalı ulduz çox ciddi tənqidlərə tuş gəlib. Məsələn, tanınmış fransalı jurnalist Daniel Riolo onunla bağlı bunları deyib:

''Bu oğlan tamamilə özündə deyil. Onun beynində hər şey bir-birinə qarışıb. Bunu onun penaltini vurma tərzindən də görmək mümkündü. İndi o qədər bərbad durumdadı ki, onu heç futbolçu adlandırmaq da düzgün deyil. Meydanda heç nə etmir. Heç normal hərəkət edə, qaça da bilmir. Bir futbolçunun qısa müddət ərzində bu dərəcədə yoxa çıxmasını ilk dəfədi, görürəm. Psixoloji cəhətdən quyunun dibindədi. Hər növbəti oyunda o artıq sanki oynamaq istəmədiyini göstərir. Mbappenin gözündə heç bir alov, istək görmürəm''.


İspaniyalı jurnalist Mikel Blastes də sərt fikirlər səsləndirib:

''İnsanlar onu bir neçə il öncə Lionel Messi ilə müqayisə edirdilər. Amma Messi 25 yaşında artıq 4 dəfə ''Qızıl top''u qazanmışdı. Mbappe isə bu dəqiqə heç Eden Azardan da güclü deyil. Bu da hər kəsi məyus edir''.


ƏLİ
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 Noyabr 2024 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see218

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see207

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see205

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see202

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see194

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see193

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see191

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see186

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see185

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see182

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see181

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see177

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see176

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see173

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see173

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see173

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see172

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see169

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see169

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri