Mbappenin durumu açıqlandı
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
"Real"ın zədəli futbolçusu Kilian Mbappenin durumuna aydınlıq gəlib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Daha əvvəl Mbappenin mövsümün qalan hissəsində meydanlardan kənarda qala biləcəyi yazılmışdı. Hücumçu İspaniya çempionatının 32-ci turunda "Betis"ə qarşı (1:1) matçın 81-ci dəqiqəsində əvəzlənib.
Klubun açıqlamasında isə deyilir: "Bu gün tibbi xidmətimiz tərəfindən aparılan müayinənin nəticələrinə əsasən, oyunçumuz Kilian Mbappeyə sol ayaqda yarımtendon zədəsi diaqnozu qoyulub. Onun vəziyyəti dinamik şəkildə izləniləcək".
Bu mövsüm 27 yaşlı Kilian Mbappe İspaniya liqasında 28 oyun keçirib, 24 qol vurub və dörd məhsuldar ötürmə edib. O, həmçinin Çempionlar Liqasında 11 oyun, 15 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Baxış sayı:126
Bu xəbər 27 Aprel 2026 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















