Mbappeyə qarşı cinsi təcavüz ittihamı ilə bağlı qərar verildi: Günahkardır?
Icma.az, Publika.az saytına istinadən bildirir.
İsveç prokurorları "Real"ın hücumçusu Kilian Mbappenin cinsi təcavüz işi ilə bağlı istintaqı dayandırıb.
Publika.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
İş sübut olmadığı üçün bağlanıb. Qeyd olunur ki, Mbappenin özünə cinayət törətməkdə şübhəli bilindiyi barədə məlumat verilməyib.
"2024-cü il oktyabrın 10-da Stokholmun mərkəzindəki oteldə zorlama və iki cinsi təcavüz şübhəsi ilə bağlı istintaq bağlanıb", - deyə İsveç prokurorluğunun mətbuata açıqlamasında bildirilib.
Qeyd edək ki, oktyabrın 14-də İsveç polisi 25 yaşlı futbolçunun tətildə olduğu Stokholm otelində baş verən zorlama şikayəti ilə bağlı araşdırmaya başlayıb. Zərərçəkən qadın hadisədə Mbappeni günahlandırıb.
Heybət
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 12 Dekabr 2024 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















