Icma.az
close
up
RU
Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dekabrın 18-də Naxçıvan Dövlət Universitetinin dəvəti və təşkilatçılığı ilə dünyaca məşhur türkiyəli astrofizik alim Umut Yıldız ilk dəfə Naxçıvana səfər edib. Umut Yıldız Naxçıvandakı Heydər Əliyev Sarayında Naxçıvan Dövlət Universitetinin Simfonik Orkestrinin ifasında səsləndirilən ‘Kosmosun səsi’ adlı konsert proqramı fonunda səhnədən planetlər və kainat haqqında elmi biliklərini bölüşüb.

Konsertdə dövlət və hökumət rəsmiləri, deputatlar, Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyəti, tələbələr, ictimaiyyət nümayəndələri, eləcə də bir sıra tanınmış şəxslər iştirak ediblər.

Elm və incəsənətin vəhdətini əks etdirən konsert Naxçıvan Dövlət Universitetinin Simfonik Orkestrinin ifasında təqdim edilib. Konsertin bədii rəhbəri və dirijoru Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, universitetin müəllimi Səməd Əsgərov olub.

Konsert proqramının musiqi hissəsinin əsasını görkəmli ingilis bəstəkarı Qustav Holstun “Planetlər” silsiləsi təşkil edib. Proqram çərçivəsində “Mars – Müharibə gətirən”, “Venera – Sülh gətirən”, “Merkuri – Qanadlı elçi”, “Yupiter – Şadlıq gətirən”, “Saturn – Qocalıq gətirən”, “Uran – Sehrbaz” və “Neptun – Mistik” əsərləri səsləndirilib.

Astrofizik alim Umut Yıldızın təqdimatı ilə keçirilən konsertdə musiqi və kosmik mövzular bir araya gətirilib, dinləyicilərə simfonik musiqinin müşayiəti ilə kainata həsr olunmuş bədii-kompozisiya təqdim edilib. Tədbir iştirakçıları kosmosun az tanınan tərəfləri ilə bağlı elmi izahları dinləyib və real təcrübələrə əsaslanan maraqlı məlumatlar əldə ediblər.

“Kosmosun səsi” adlı konsert proqramı elmi biliklərin musiqi dili vasitəsilə geniş auditoriyaya çatdırılmasını, xüsusilə gənclərdə elmə və klassik musiqiyə marağın artırılması ilə yadda qalıb. Tədbir Naxçıvanın mədəni həyatında yaddaqalan hadisə kimi qiymətləndirilib.

Tədbirin sonunda Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxış edərək xüsusi əhəmiyyət kəsb edən tədbiri elm və mədəniyyətin vəhdəti kimi qiymətləndirib. Muxtar respublika sakinləri üçün belə tədbirlərin intellektual və mədəni inkişaf baxımından önəmini vurğulayıb. Cabbar Musayev tədbirin təşkilində əməyi olanlara – NDU-nun rektoru Elbrus İsayevə,  NDU-nun Simfonik Orkestrinə və Umut Yıldıza xüsusi təşəkkür edib. 

Daha sonra Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək Umut Yıldızın ilk dəfə Naxçıvana səfərini əlamətdar hadisə kimi qiymətləndirib. Rektor bu kimi görüşlərin tələbələrin dünyagörüşünün genişlənməsinə və araşdırmaya marağın formalaşmasına mühüm töhfə verdiyini vurğulayıb. Elbrus İsayev Universitetin Simfonik Orkestrinin çıxışını yüksək dəyərləndirib və Umut Yıldıza dəyərli bilik və təcrübələrini Naxçıvan ictimaiyyəti ilə bölüşdüyünə görə təşəkkür edib.

Sonda xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, Umut Yıldız Ankara Universitetinin Astronomiya və Kosmos Elmləri ixtisası üzrə ali təhsil alıb, Hollandiyanın Groningen Universitetində magistratura, Leiden Universitetinin Leiden Observatoriyasında isə doktorantura təhsilini başa vurub. Alim uzun illər NASA-nın Reaktiv Sürət Laboratoriyasında çalışıb, hazırda Orta Doğu Texniki Universitetində fəaliyyət göstərir.

Səbuhi HƏSƏNOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:282
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Dekabr 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see631

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see266

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see242

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see219

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see213

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see178

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see175

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see172

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see160

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see158

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see152

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see148

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see144

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri