Icma.az
close
up
RU
MDB çərçivəsində əməkdaşlıq: yeni çağırışlara uyğun inteqrasiya modeli

MDB çərçivəsində əməkdaşlıq: yeni çağırışlara uyğun inteqrasiya modeli

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Azərbaycanın Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri ilə münasibətləri çoxşaxəlidir və müxtəlif sahələrdə inkişaf etməyə davam edir. MDB postsovet məkanında çoxtərəfli əməkdaşlıq üçün əsas platformalardan biri olmaqla, üzv ölkələr arasında mədəni, iqtisadi, siyasi digər sahələrdə əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynamaqdadır.

2025-ci il oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının məhdud tərkibli iclasda cənab Prezident İlham Əliyevin iştirakı və çıxışı region ölkələri arasında mehriban qonşuluq münasibətlərinin və qarşılıqlı etimadın mühüm göstəricisidir. Ölkə başçısı çıxışı zamanı həm Azərbaycan ilə Tacikistan arasında ikitərəfli münasibətlərin inkişafını qeyd etdi, həm də MDB daxilində əməkdaşlığın vacibliyinə diqqət çəkdi. Tacikistanla əlaqələr barədə dövlət başçısı bildirdi ki, münasibətlər ardıcıl inkişaf edir, qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir. Cənab İlham Əliyev mötəbər tədbirdə çıxışında qardaş Tacikistan xalqını Prezidentin rəhbərliyi ilə əldə olunmuş uğurlar, nailiyyətlər münasibətilə təbrik edərək qeyd etdi ki, Düşənbə sürətlə inkişaf edir, yeni binalar tikilir, şəhərsalmada böyük uğurlara nail olunub. MDB daxilində əlaqələrə gəlincə, Prezident bu tədbirlərin MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirdiyini, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək etdiyini vurğuladı.
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında diqqəti, eyni zamanda, Birliyin həyatında daha bir mühüm hadisəyə yönəltdi. Sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində - XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində III MDB Oyunları keçirildi. Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində - Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi, Şəkidə 13 ölkədən – həm MDB üzvləri olan, həm də qonaq ölkələrdən 1600-dən çox idmançı qəbul edildi. Azərbaycanda idmanın inkişafına böyük əhəmiyyət verilir.
Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmiz beynəlxalq idman ailəsinin nüfuzlu və etibarlı üzvlərindən birinə çevrilmişdir. Azərbaycan müxtəlif illərdə ən mötəbər beynəlxalq yarışlara ev sahibliyi etməklə bacarıqlı təşkilatçı kimi özünü təsdiq etmişdir. Bakıda 2015-ci ildə Birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, eləcə də müxtəlif növlər üzrə dünya və qitə çempionatları yüksək səviyyədə keçirilmişdir.
Dövlətimizin başçısının çıxışının ən diqqətçəkən məqamlarından biri Laçın şəhərinin MDB-nin 2025-ci il üçün mədəniyyət paytaxtı kimi seçilməsinə dair təşəkkür idi. Bu qərar təkcə mədəniyyət sahəsində deyil, həm də siyasi mənada mühüm simvolik məna daşıyır.
Ermənistanın 30 illik işğalından azad edilən Laçın bu gün bərpa və dirçəlişin, sülh və quruculuğun rəmzinə çevrilib. Laçında keçirilən MDB Mədəniyyət Paytaxtı İlinin açılış mərasimi Azərbaycan xalqının öz doğma torpaqlarına dönüşünün qürurunu və mədəni irsə sadiqliyini bir daha nümayiş etdirdi.
Azərbaycan MDB məkanının bir hissəsi olmaqla, müxtəlif geosiyasi maraqların kəsişməsindədir. Bir tərəfdən, ölkə onun strateji tərəfdaşı olan Rusiya ilə sıx əlaqələr saxlayır. Digər tərəfdən, Azərbaycan Qərb ölkələri və Avropa İttifaqı, BMT kimi beynəlxalq təşkilatlarla münasibətləri inkişaf etdirməkdə maraqlıdır və beynəlxalq qaydaları rəhbər tutaraq şəffaflığın tərəfdarıdır. Bu kontekstdə qeyd etmək vacibdir ki, Azərbaycan xarici siyasətində balansı qorumağa nail olub ki, bu da ona beynəlxalq məsələlərdə fəal mövqe tutmağa imkan verir.

Anar Məmmədov
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Oktyabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri