Icma.az
close
up
RU
“MDB regional və beynəlxalq siyasi çağırışlara cavab vermir” ŞƏRH

“MDB regional və beynəlxalq siyasi çağırışlara cavab vermir” ŞƏRH

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“MDB dövlət başçılarının Türkmənistanda keçirilən sammiti regional və beynəlxalq təhlükəsizlik böhranlarının dərinləşdiyi bir dövrə təsadüf edir. Lakin proseslərə nəzər saldıqda görürük ki, Müstəqil Dövlətlər Birliyi artıq müasir dövrün gözləntilərinə və yeni geosiyasi reallıqlara cavab vermir”.

Gununsesi.info bildirir ki, bu fikirləri siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib:

“Rusiya MDB üzvü olan dövlətlərə münasibətdə bəzən təzyiq siyasəti həyata keçirir. Bu, xüsusilə iqtisadi münasibətlərdə, miqrasiya məsələlərində və digər sahələrdə özünü göstərir. Halbuki bu gün Rusiyanın əmək bazarında MDB ölkələrindən gələn miqrantların mühüm rolu var. Buna baxmayaraq, həmin miqrantlara qarşı müxtəlif məhdudiyyətlərin tətbiqi Moskvanın birlik daxilindəki əməkdaşlıq prinsipləri ilə bağlı suallar yaradır.

Hazırda MDB-nin institusional və siyasi baxımdan zəiflədiyini müşahidə edirik. Gürcüstan, Ukrayna və Moldova ilə bağlı proseslər də birliyin əhatə dairəsinin və siyasi təsir imkanlarının məhdudlaşdığını göstərir. MDB getdikcə daha çox formal məsləhətləşmə platforması təsiri bağışlayır.

Türkmənistanda keçirilən sammitin, eləcə də dekabr ayında Sankt-Peterburqda nəzərdə tutulan qeyri-rəsmi görüşün MDB daxilində real inteqrasiyanı gücləndirməyəcək.  Bu görüşlər, əsasən, dövlət başçılarının fikir mübadiləsi aparması və mövcud əlaqələri qoruması baxımından əhəmiyyət daşıyır. Rusiya isə bu platformadan istifadə edərək beynəlxalq ictimaiyyətə regionda hələ də tərəfdaşlarının olduğunu və regional proseslərdə fəal iştirak etdiyini nümayiş etdirməyə çalışır.

Bununla yanaşı, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri öz müstəqil siyasi-strateji xətlərini formalaşdırmağa çalışırlar. Ermənistanın da xarici siyasətində şaxələndirmə istiqamətində addımlar atması və Rusiyadan asılılığını azaltmağa çalışması bu prosesin tərkib hissəsidir. Belə bir şəraitdə MDB-ni daha çox dövlət başçılarının məsləhətləşmə və dialoq platforması kimi xarakterizə etmək mümkündür.

Azərbaycan üçün əsas məsələ Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı dərinləşdirmək, C6 formatında regional əlaqələri gücləndirmək və Orta Dəhlizin inkişafını sürətləndirməkdir. Cənubi Qafqazda həyata keçirilən siyasi-iqtisadi transformasiyanın Mərkəzi Asiya ilə uzlaşdırılması, yeni nəqliyyat marşrutlarının yaradılması və təchizat zəncirlərinin inkişaf etdirilməsi Azərbaycanın strateji hədəfidir.

Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı da Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi yalnız iqtisadi dividendlər gətirmir, həm də regional qarşılıqlı asılılığı artıraraq təhlükəsizliyin möhkəmlənməsinə töhfə verə bilər.

Ümumilikdə, Türk Dövlətləri Təşkilatı Azərbaycan üçün MDB ilə müqayisədə daha perspektivli əməkdaşlıq platformasıdır. Çünki bu təşkilat çərçivəsində ortaq maraqlar əsasında siyasi, iqtisadi, nəqliyyat və təhlükəsizlik sahələrində əməkdaşlığı daha da genişləndirmək imkanları mövcuddur.

Əslində, MDB ötən əsrin 90-cı illərində üzv dövlətlər arasında qarşılıqlı etimad və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında inkişaf etdirilsəydi, bu gün daha güclü beynəlxalq regional təşkilata çevrilə bilərdi. Lakin Rusiyanın qonşu dövlətlərlə münasibətlərində bəzən öz geosiyasi ambisiyalarını ön plana çıxarması birliyin inkişafına ciddi maneələr yaradıb. Moskva MDB-ni bu ambisiyaların təsiri altına salmaqla, istər bilərəkdən, istərsə də bilməyərəkdən, onun potensialının zəifləməsinə şərait yaradıb.

Bu səbəbdən MDB hazırda əvvəlki dövrlərdə gözlənilən güclü inteqrasiya platforması deyil. Azərbaycan isə öz milli maraqlarından çıxış edərək bu birlikdə iştirakını davam etdirir və mövcud formatdan siyasi-iqtisadi maraqları çərçivəsində istifadə edir. Bununla yanaşı, ölkəmizin əsas strateji prioriteti regional əməkdaşlığın genişləndirilməsi, nəqliyyat-kommunikasiya imkanlarının artırılması və müstəqil xarici siyasət kursunun möhkəmləndirilməsidir”.

Günay

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 Oktyabr 2026 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri