Icma.az
close
up
RU
Moskvada qar apokalipsisi

Moskvada qar apokalipsisi

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın paytaxtı Moskvaya güclü qar yaxınlaşır. Yaxın iki gün ərzində paytaxtda qar örtüyünün hündürlüyü 50 santimetrə qədər arta bilər.

BAKU.WS xəbər verir ki, bu barədə "Fobos" Hava Mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets məlumat verib.

Sinoptikin sözlərinə görə, şəhərdə şaxtalar zəifləməyə başladıqca yağıntılar daha da intensivləşəcək. Anomal güclü qar yağışlarının artıq çərşənbə axşamı, 27 yanvar tarixində başlaya biləcəyi bildirilir. Proqnozlara əsasən, qar örtüyü ən azı 10 santimetr artacaq.

"Təpəlik Orta Rusiya bölgəsini isti atmosfer cəbhəsinin çoxqatlı bulud sistemi əhatə edəcək. Bu proses iri, yumşaq qar dənələri ilə müşayiət olunacaq. Yağıntıların miqdarı 22 millimetrədək çatacaq, görünüş məsafəsi isə 1-4 kilometrə qədər azalacaq. Ağ pərdə üfüqü tam örtərək göy ilə yer arasındakı sərhədi demək olar ki, yox edəcək", – deyə Tişkovets xəbərdarlıq edib.

Onunsözlərinə görə, qar yağışlarının pik həddi çərşənbə günü, 28 yanvar tarixində gözlənilir. Ümumilikdə 48 saat ərzində Moskvada 31 millimetr yağıntı düşəcək. "Hazırda VDNX meteoroloji stansiyasında qar örtüyü 30 santimetr olaraq qeydə alınırsa, yaxın vaxtlarda bu göstərici 50 santimetrə çata bilər", – deyə meteoroloq bildirib.

Qeyd edək ki, bundan əvvəl "Fobos" Mərkəzinin digər mütəxəssisi Mixail Leus 26 yanvara keçən gecənin Moskvada bu qışın ən soyuq gecəsi olduğunu açıqlayıb. Belə ki, VDNX meteoroloji stansiyasında hava temperaturu -18,5 dərəcə qeydə alınıb ki, bu da cəmi iki gün əvvəl müəyyən edilən əvvəlki rekordu 1,1 dərəcə üstələyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://baku.ws
archiveBu xəbər 26 Yanvar 2026 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see384

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see376

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see372

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see368

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see366

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see346

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see346

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see330

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see327

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see326

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see311

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see309

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see302

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see293

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see278

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see272

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see263

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see223

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see223

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri