Icma.az
close
up
RU
MDB niyə iflic olub? (ŞƏRH)

MDB niyə iflic olub? (ŞƏRH)

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

"MDB öz mahiyyətində bərabərhüquqlu əməkdaşlıqdan uzaqlaşaraq hansısa ölkənin, xüsusilə də Rusiyanın təsir vasitəsinə çevrilərsə, bu halda birliyin gələcəkdə aktuallığını itirməsi labüddür".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov Müstəqil Dövlətləq Birliyinin (MDB) tam tərkibdə toplantılar keçirə bilməməsinin səbəblərini şərh edərkən deyib.

Ekspert bildirib ki, vaxtilə Azərbaycanın MDB-yə üzv olması sıradan bir qərar deyildi, əksinə, çox ciddi strateji əhəmiyyət kəsb edirdi:

"1990-cı illərin əvvəlləri ölkəmiz üçün həm iqtisadi, həm də siyasi baxımdan ən mürəkkəb mərhələlərdən biri idi. İqtisadiyyat demək olar ki, çökmüşdü, keçmiş sovet respublikaları ilə istehsal-təchizat zəncirləri qırılmış, sənaye müəssisələri dayanmış, ticarət əlaqələri pozulmuşdu. Ölkə siyasi blokada təhlükəsi ilə də üz-üzə idi, çünki müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan həm daxili qarşıdurmalar, həm də Ermənistanla davam edən müharibə səbəbindən beynəlxalq arenada çox məhdud manevr imkanlarına malik idi. MDB-yə daxil olmaq bu mənada həm iqtisadi nəfəs, həm də siyasi manevr imkanı yaratdı. İlk növbədə, mal və xidmətlərin sərbəst mübadiləsinə çıxış təmin olundu, sərhəd qonşuları ilə ticarət əlaqələri bərpa edildi, enerji, nəqliyyat və sənaye sahələrində əməkdaşlıq imkanları yarandı. İkinci mühüm amil isə Rusiyanın potensial təzyiq və ya aqressiv siyasətini müəyyən qədər neytrallaşdırmaq idi".

Azər Hüseynov bildirib ki, MDB çərçivəsində münasibətlərin formal və institusional müstəviyə keçirilməsi Moskva ilə dialoqu daha idarəolunan hala gətirdi:

"Burada Heydər Əliyevin rolu xüsusi qeyd olunmalıdır. O, MDB-yə üzvlüyü heç vaxt müstəqilliyə alternativ kimi təqdim etmədi, əksinə, onu Azərbaycanın milli maraqlarını qorumaq üçün diplomatik bir alətə çevirdi. Onun siyasəti sayəsində Azərbaycan həm MDB daxilində yer aldı, həm də öz müstəqil xarici siyasət kursunu qorudu. Heydər Əliyevin uzaqgörənliyi bu platformanı ölkənin iqtisadi dirçəlişi və siyasi sabitliyi üçün faydalı mexanizmə çevirdi. Bu strateji xətt sonrakı illərdə İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirildi. İlham Əliyev MDB çərçivəsində əməkdaşlığı qorumaqla yanaşı, Azərbaycanın beynəlxalq əlaqələrini çoxvektorlu şəkildə genişləndirdi. Bu yanaşma həm regiondakı balansı qorudu, həm də ölkənin iqtisadi maraqlarının təmininə xidmət etdi. MDB-də qalmaq Azərbaycan üçün heç vaxt məcburi siyasi asılılıq deyil, praktik və rasional maraqların ifadəsi oldu".


Təhlilçi düşünür ki, Azərbaycan prinsipial olaraq heç bir inteqrasiya və əməkdaşlıq prosesinə qarşı deyil. Əksinə, ölkəmiz iqtisadi əlaqələrin genişlənməsi, qarşılıqlı ticarətin artması, nəqliyyat və enerji layihələrinin reallaşması kimi sahələrdə hər zaman açıqdır:

"Lakin burada ən mühüm şərt - bu platformanın heç bir üzv dövlət tərəfindən siyasi manipulyasiya alətinə çevrilməməsidir. Əgər MDB öz mahiyyətində bərabərhüquqlu əməkdaşlıqdan uzaqlaşaraq hansısa ölkənin, xüsusilə də Rusiyanın təsir vasitəsinə çevrilərsə, bu halda birliyin gələcəkdə aktuallığını itirməsi labüddür. Bu gün MDB-nin siyasi və iqtisadi olaraq hələ də müəyyən əhəmiyyəti qalır. Xüsusilə logistika, enerji resurslarının daşınması, sənaye məhsullarının bazarlara çıxışı, humanitar və mədəni əlaqələr kimi sahələrdə bu qurum müəyyən funksional imkanlara malikdir. Lakin zaman dəyişir – qlobal iqtisadiyyat daha rəqabətli, regiondakı siyasi vəziyyət isə daha mürəkkəb olub. MDB-nin yaşarlılığı onun üzvlərinin qarşılıqlı hörmət, suverenliyə riayət və real əməkdaşlıq prinsiplərinə nə dərəcədə sadiq qalmasından asılıdır. Azərbaycan üçün MDB yalnız milli maraqlara xidmət etdiyi, ölkənin iqtisadiyyatına fayda verdiyi, beynəlxalq mövqelərini zəiflətmədiyi halda aktual ola bilər. Əks halda, belə birliklərin formal mövcudluğu reallıqda heç bir dəyər daşımayacaq".

Azər Hüseynovun fikrincə, MDB-nin bu gün öz aktuallığını tam itirməməsinin əsas səbəbi də, məhz, müəyyən iqtisadi məkanlarda alternativsiz platforma kimi qalmasıdır:

"Amma gələcəkdə onun taleyini üzvlərin iradəsi, siyasi iradə və qarşılıqlı hörmət müəyyən edəcək".

Qeyd edək ki, Ukrayna "Fövqəladə hallar zamanı üçüncü ölkələrdən vətəndaşların təxliyəsi üzrə MDB sazişi”ndən çıxıb. Bu barədə Ali Radadakı nümayəndə Taras Melnıçuk "Teleqram"da yazıb. Melnıçuk bildirib ki, qanun layihəsi təsdiqlənib və Ukrayna müstəqil qərarını rəsmiləşdirib.

Xatırladaq ki, may ayında Ukrayna Rusiya ilə gömrük əməkdaşlığı sazişindən çıxıb, MDB ölkələrinin prokurorluq orqanlarında stajların qarşılıqlı hesablanması sazişinə xitam verib. Eyni zamanda 1994-cü il sazişi və Moskva ilə məxfi telefon əlaqəsi də dayandırılıb.

Siyasət şöbəsi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 Avqust 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əvəzedicilər Liqası: II turun başlama vaxtı bilindi

10 İyul 2026 23:02see364

Zakir Həsənovdan Vətən Müharibəsi Qəhrəmanına böyük jest RÜTBƏSİNİ ARTIRDI

11 İyul 2026 19:42see347

Xameneinin tabutunu daşıyan gizli şəxs kimdir? VİDEO

11 İyul 2026 10:18see331

Ərdoğan Livanın Baş nazirini qəbul etdi

11 İyul 2026 02:36see325

İranın milyardlarla dollarlıq əməliyyatları ifşa edildi ABŞ hərəkətə keçdi

11 İyul 2026 09:38see280

ABŞ nin Rusiyaya qarşı sarsıdıcı sanksiyalar ı razılaşdırılıb Lindsi Qrem

10 İyul 2026 23:40see257

Alla Puqaçovadan ŞOK ADDIM Mayamidəki villasına 1 dollar qiymət qoydu...

11 İyul 2026 02:05see204

Dronların hava məkanından istifadəsi nəzarətə GÖTÜRÜLÜR

10 İyul 2026 18:26see201

Kim bilir sabahım necə gələcək

10 İyul 2026 21:02see192

Azərbaycan kinosunun ən uğurlu 18+ filmi (VİDEO)

11 İyul 2026 05:19see179

Öldürülsə, İrana görünməmiş zərbələr endirməyi tapşırıb

10 İyul 2026 21:02see178

Yamal Fransaya meydan oxudu “Onların qorxmalı olduğu komanda bizik”

11 İyul 2026 02:23see168

Qələbənin memarı: Cənab Ali Baş Komandan kitabının təqdimatı olub

11 İyul 2026 14:34see167

Azərbaycan Özbəkistan vətəndaşını ölkəsinə ekstradisiya etdi

10 İyul 2026 18:20see165

Dünyanın gözü Hörmüzdə: ABŞ nin İrana verdiyi vaxt bitir, gəmilər radarlardan itir

11 İyul 2026 09:02see162

Argentina İsveçrə matçında daha bir qol CANLI YENİLƏNİR

12 İyul 2026 06:32see162

Zelenski silah çatdırılmasının sürətindən narazıdır

12 İyul 2026 00:33see160

“Rihanna dördüncü dəfə ana olacaq”

11 İyul 2026 08:41see157

Başmaqdan yaranan suluqlar qadını xəstəxanalıq etdi

10 İyul 2026 22:10see154

Fidan: Kiçik bir səhv yeni böhrana səbəb ola bilər

10 İyul 2026 21:46see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri