Icma.az
close
up
RU
MDB üzvləri Azərbaycan təcrübəsindən yararlanmalıdır ŞƏRH

MDB üzvləri Azərbaycan təcrübəsindən yararlanmalıdır ŞƏRH

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəyal Bəşirov: "Bütün regionlar və dövlətlər üçün təhlükəsizlik məsələsi ən ciddi amildir"


MDB-nin gələcəyi sual altındadır


Cənubi Qafqazda təhlükəsizliyin yeni memarı Azərbaycandır


Oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Tacikistan rəhbəri Emoməli Rəhmon, Türkmənistan dövlət başçısı Sərdar Berdiməhəmmədov, Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Sergey Lebedev və Birliyin MDB İnsan hüquqları komissiyasının sədri, Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova çıxış ediblər. İclasda iştirak edən dövlət başçıları, qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə bir sıra məsələləri müzakirə ediblər. Bu məsələlər arasında ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsi, regional təhlükəsizlik və hərbi əməkdaşlığın gücləndirilməsi, enerji təhlükəsizliyi, terrorizm və ekstremizmə qarşı mübarizə kimi mövzular ön plana çıxıb. Həmçinin, Şanxay Əməkdaşlıq Təşkilatının MDB-də müşahidəçi statusu alması məsələsi də gündəmə gəlib. Yekunda sənədlər imzalanıb. 

Sənədlər MDB çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsi və regional sabitliyin təmin olunması məqsədini güdür. İclasda Tacikistan Prezidenti Emoməli Rəhmona "Humanitar əməkdaşlığın inkişafında xidmətlərə görə” medalı təqdim olunub. Prezident İlham Əliyev çıxışında Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl inkişafını qeyd edib. Münasibətlərin qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslandığını, böyük inkişaf potensialına malik olduğunu söyləyib. Dövlət başçısı iclasda humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunub: "Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürümü bildirirəm. Bu ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasimi keçirildi, Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verildi. Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular. Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib". Ölkə rəhbəri xatırladıb ki, Birliyin həyatında daha bir mühüm hadisə sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində - XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində keçirilən III MDB Oyunları oldu: "Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində - Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi, Şəkidə 13 ölkədən – həm MDB üzvləri olan, həm də qonaq ölkələrdən 1600-dən çox idmançı qəbul edildi. Bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir". Siyasi şərhçilərə görə, MDB Dövlət Başçıları Şurasının iclası təşkilatın gələcək fəaliyyət istiqamətləri və regional əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. 


Politoloq Xəyal Bəşirov "Sherg.az"a bildirib ki, dünyada bütün regionlar və dövlətlər üçün təhlükəsizlik məsələsi ən ciddi amildir. Ekspert vurğulayıb ki, təhlükəsizliyin ayrı-ayrı istiqamətləri mövcuddur: 


"Burada söhbət birbaşa hansısa ölkənin ərazisinə hərbi təcavüzdən getmir. Hazırda dünyada iqtisadi, informasiya və kibertəhlükəsizlik faktorları da var. Bunlar da çox mühümdür. Azərbaycan uzun müddət təhlükəsizliyin bütün istiqamətlərində əziyyət çəkib. İşğalçılıq siyasətinə məruz qalmaqla yanaşı, həm də düşmənin informasiya təxribatları ilə də davamlı üzləşib. Artıq yeni reallıqlar formalaşıb. Ölkəmiz Cənubi Qafqazda təhlükəsizlik baxımından çox ciddi və uğurlu addımlar atıb. Bütün platformaların, o cümlədən MDB dövlət başçılarının iclasının əsas müzakirə predmeti də budur. Təbii ki, belə tədbirlərdə digər mühüm qlobal, regional məsələlər, əməkdaşlıq istiqamətləri də müzakirə olunur. Təəssüf ki, bir çox regional münaqişələr hələ də həllini tapmayıb. Əksinə, sayları artır, miqyasları genişlənir. O baxımdan istər MDB çərçivəsində, istər digər platformalarda müzakirələrin aparılması çox vacibdir. MDB-də belə müzakirələr üçün münbit şərait olsa da, onu xüsusi qeyd etmək lazımdır ki, bu qurum elə də sabit və gələcəyinə ümid bəslənilən təşkilat deyil. Çünki məhz MDB-nin təsisçiləri bu gün savaş halındadır. Rusiya və Ukrayna bir-biri ilə müharibə edir. MDB üzvləri həm ərazi bütövlüyünün təmin edilməsi, həm də terrorçuluqla mübarizədə Azərbaycan təcrübəsindən yararlanmalıdır". 


Siyasi şərhçi bəyan edib ki, MDB daha çox Avrasiyaya aid olan bir təşkilatdır: 

"Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin dünyaya açılması üçün ən operativ və ən uyğun bir marşrutdur. Orta Dəhlizin üzərində yerləşən, Cənubi Qafqazın aparıcı dövləti Azərbaycan məhz bu amilləri nəzərə alaraq Zəngəzur dəhlizinin reallaşması istiqamətində ciddi addımlar atmaqdadır. Təbii resurslarla zəngin olan Mərkəzi Asiya ölkələrinin öz məhsullarını dünya bazarına çıxarması üçün Zəngəzur dəhlizinin əhəmiyyəti çox böyükdür. Zaman və maliyyə resursları baxımından daha ucuza başa gələn bir yoldur. Azərbaycan təmsil olunduğu bütün platformalarda mühüm təşəbbüslər irəli sürüb və hamısı böyük rəğbətlə qarşılanıb".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:355
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Oktyabr 2025 08:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri