MDB ölkələri Avropada adi silahlara nəzarəti müzakirə edib
Icma.az, Operativmedia portalına istinadən məlumat yayır.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Qeyd olunub ki, iclasda Belarus, Qazaxıstan, Rusiya, Tacikistan, Özbəkistan, MDB İcraiyyə Komitəsinin nümayəndələri, eləcə də müşahidəçi qismində Azərbaycanın nümayəndələri iştirak ediblər.
2Təhlükəsizlik ölçüsünün hərbi-siyasi aspektləri, o cümlədən Avropada adi silahlara nəzarət məsələsi, etimad və təhlükəsizliyin möhkəmləndirilməsi tədbirləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Vyana danışıqlar platformalarının fəaliyyəti ilə bağlı müxtəlif məsələlər nəzərdən keçirilib”-deyə, məlumatda vurğulanıb.
Rusiya XİN əlavə edib ki, tərəflər ATƏT regionunda təhlükəsizliyin möhkəmləndirilməsi, eləcə də davamlı sülhün və beynəlxalq sabitliyin qorunması məqsədilə MDB çərçivəsində işi davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.
Baxış sayı:49
Bu xəbər 26 Noyabr 2024 23:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















