Güclü külək əsəndə bəzi işlər dayandırılacaq Qanun dəyişir
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Küləkli hava şəraitində bəzi işlərin dayandırılması ilə bağlı yeni qaydalar müəyyənləşdiriləcək.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Layihəyə görə, küləkli havada açıq şəraitli iş yerlərində, o cümlədən həmin iş yerləri üzrə qurğularda çalışan işçilərə müəyyən olunmuş qaydada fasilələr veriləcək və iş dayandırılacaq.
Bundan başqa, ilin soyuq vaxtında açıq havada və ya isidilməyən örtülü binalarda, habelə isti və ya küləkli hava şəraitində işin dayandırılması və işçilərə fasilələrin verilməsi şərtləri müəyyənləşdiriləcək.
Layihədə küləyin gücünün işlərin görülməsinə təsiri ilə bağlı xüsusi qaydalar da nəzərdə tutulur.
Belə ki, küləyin gücü 6 baldan 8 baladək olduqda, quruda istismar olunan kranlarla işlərin görülməsinə həmin kranların texniki pasportlarında nəzərdə tutulmuş hallarda yol veriləcək.
Küləyin gücü 8 baldan artıq olduqda isə həmin kranlarla görülən bütün növ işlər hər bir halda dayandırılacaq.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 30 Oktyabr 2026 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















