MDB statistika qurumları Bakıda toplaşacaq
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
24-26 sentyabr tarixlərində Bakıda III MDB Beynəlxalq Statistika Forumu keçiriləcək. Bu barədə MDB-nin İnternet portalı məlumat yayıb.
Qeyd olunub ki, forumda milli statistika xidmətləri, dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələri statistikanın inkişaf perspektivlərini, Milli Hesablar Sistemi 2025, əhali və mənzil siyahıyaalınması, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinin monitorinqi ilə bağlı məsələləri müzakirə edəcəklər. İştirakçılar eyni zamanda informasiya texnologiyalarının tətbiqi və smart məlumatların inteqrasiyasının statistik layihələrin səmərəliliyindəki rolunu dəyərləndirəcəklər.
XQ
Baxış sayı:42
Bu xəbər 06 Sentyabr 2025 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















