Icma.az
close
up
RU
MDU da sağlam həyat təşəbbüsləri genişləndirilir FOTOLAR

MDU da sağlam həyat təşəbbüsləri genişləndirilir FOTOLAR

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2026-cı il fevralın 25-də Mingəçevir Dövlət Universitetində əməkdaşların sağlamlığının qorunmasına və sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş yeni əməkdaşlıq təşəbbüsü həyata keçirilməyə başlanılıb. Bu məqsədlə Mingəçevir şəhərində fəaliyyət göstərən Regional Hospital ilə əməkdaşlığa dair Anlaşma Müqaviləsi imzalanıb.

"Unikal" xəbər verir ki, imzalanmış anlaşma universitetin sosial yönümlü fəaliyyətlərin genişləndirilməsinə dair yeni strategiyasına uyğun olaraq əməkdaşların sağlamlığının qorunması, profilaktik tibbi müayinələrin təşkili və keyfiyyətli tibbi xidmətlərə çıxış imkanlarının artırılmasını nəzərdə tutur.

Əməkdaşlıq görüşündə Mingəçevir Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri Elçin Tağıyev, Keyfiyyət təminatı və Akkreditasiya şöbəsinin müdiri Azad Mirzəbəyov, İş dünyası və məzunlarla əlaqə şöbəsinin müdir müavini Qurban Qurbanzadə və protokol üzrə koordinator Zərifə Fərruxlu iştirak ediblər. Regional Hospitalı isə direktor Anar Məmmədov, kardioloq, tibb elmləri doktoru Novruz Həsənov, androloq, tibb elmləri namizədi Vaqif Hüseynov, operator-həkim, ümumi cərrah Kurtuluş Urgur, terapevt Nurlan Əliyev və digər həkimlər təmsil ediblər.

Anlaşma çərçivəsində Mingəçevir Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin təşkilati dəstəyi ilə universitetin 50 əməkdaşı Regional Hospitalda kompleks profilaktik tibbi müayinə paketindən (full check-up müayinəsi) ödənişsiz istifadə edəcək. Müayinə proqramı əməkdaşların ümumi sağlamlıq vəziyyətinin qiymətləndirilməsinə yönəlmiş tibbi analiz və diaqnostik xidmətləri əhatə edir.

Bununla yanaşı, əməkdaşlıq çərçivəsində Mingəçevir Dövlət Universitetinin bütün əməkdaşları və tələbələri üçün Regional Hospitalda göstərilən tibbi xidmətlərə 20 faiz güzəşt tətbiq ediləcək. Bu imkan əməkdaşların tibbi xidmətlərdən daha əlçatan və sərfəli şəkildə yararlanmasına şərait yaradacaq.

Reallaşdırılan təşəbbüs Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərindən 3-cü Məqsəd – Sağlam həyatın təmin edilməsi və rifahın yüksəldilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərə töhfə verir. Profilaktik tibbi müayinələrin təşkili əməkdaşların sağlamlığının erkən diaqnostikasına və qorunmasına xidmət edir.

Eyni zamanda, universitetlə səhiyyə müəssisəsi arasında qurulan əməkdaşlıq münasibətləri 17-ci Məqsəd – Məqsədlər naminə tərəfdaşlıq çərçivəsində institusional əlaqələrin genişləndirilməsinin nümunəsidir.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində əməkdaşların sosial rifahının və sağlamlığının qorunmasına yönəlmiş sosial təşəbbüslərin universitetin inkişaf strategiyasına uyğun olaraq gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://unikal.az
archiveBu xəbər 25 Fevral 2026 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri