FHN MDU da maarifləndirmə tədbiri keçirdi Fotolar
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin təşkilatçılığı ilə Mingəçevir Dövlət Universitetində “Fövqəladə halların qarşısının alınması və təhlükəsizlik tədbirləri” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Aran Regional Mərkəzinin, FHN-in regionda fəaliyyət göstərən digər qurumlarının və universitetin rəhbərliyi, pedaqoji heyət və tələbələr iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları barədə universitetin əməkdaş və tələbələrinə zəruri biliklərin aşılanması olub.
Əvvəlcə, Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Dahi Şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov iştirakçıları salamlayıb və tədbirin təşkilinə görə FHN-in nümayəndələrinə minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən Aran Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev tədbirin məqsəd və əhəmiyyətindən danışaraq fövqəladə hallar zamanı əhalinin mühafizəsi və təxliyəsinin təşkili, yanğın və digər təhlükələr zamanı zəruri davranış qaydalarının öyrənilməsinin vacibliyini vurğulayıb.
Toplantıda fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hadisələr, o cümlədən yanğın və zəlzələ zamanı davranış qaydaları barədə ətraflı məlumat verilib. Həmçinin, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirdə iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb, maarifləndirici videoçarx nümayiş etdirilib.
Sonda tədbir iştirakçıları universitetin ərazisində fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı istifadə olunan yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olublar.







Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 27 Noyabr 2026 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















